"Biz bir də heç zaman dövlət sərhədlərimizin bir santimetrinə belə nəzarəti itirməyəcəyik..."

Hazırda oxunan: "Biz bir də heç zaman dövlət sərhədlərimizin bir santimetrinə belə nəzarəti itirməyəcəyik..."

628298

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkli Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Laçında sərhəd keçid məntəqəmizin qururlmasına münasibət bildirdi:

"Mən, xalqımızı, Ali baş komandanı, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərini  dövlət sərhədlərimizin tam bərpa olunması münasibətilə təbrik edirəm. Bu möhtəşəm günün Ramazan bayramına və böyük dövlət adamı, məhrum prezident Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır, Heydər Əliyevin, şəhidlərimizin ruhunu şad edəcək tariximizin şanlı səhifəsidir. Ümid edirəm biz, bir də heç zaman dövlət sərhədlərimizin bir santimetrinə belə nəzarəti itirməyəcək, DSX -nın igid əsgər və zabitləri onu göz bəbəyi kimi qoruyacaqlar.
 

Eşq olsun Azərbaycan əsgərinə!

Eşq olsun Ali Baş Komandana!

Tanrı Azərbaycanımızı qorusun!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin