Moderator.az millət vəkili Qənirə Paşayevanın Vətənimizi vəsf edən şeirini oxuculara təqdim edir:
"Böyük Azərbaycanım" şeirlər silsiləsi
Sənlə başlar, sənlə bitərəm,
Sənlə ağlar, sənlə gülərəm,
Sənlə varam, sənsiz yetiməm,
Ey Vətən!
Adına qurbanam mən!
Anam da sən, balam da sən,
Ruhum da sən, canım da sən,
Damarımda qanım da sən,
Ey Vətən!
Torpağına qurbanam mən!
Keçmişim sən, bu günüm sən,
Səcdəgahım, qibləm də sən,
O tay-bu tay yurd yerimsən,
Ey Vətən!
Yarana qurbanam mən!
Dərbəndimsən, Təbrizimsən,
İrəvanım, can, Şuşam, can,
Borçalımsan, sən Göyçəmsən,
Ey Vətən!
Gözünün yaşıyam mən!
Sən dilimsən, imanım sən!
Göydə Allah, yerdə sənsən.
Sən hər şeydən müqəddəssən,
Ey Vətən!
Adına qurbanam mən!







































































































