2000 nəfərlik dəstə yeni həbsxanaya BELƏ KÖÇÜRÜLDÜ - VİDEO

Hazırda oxunan: 2000 nəfərlik dəstə yeni həbsxanaya BELƏ KÖÇÜRÜLDÜ - VİDEO

603871

Salvador prezidenti Nayib Bukele 2000 dəstə üzvündən ibarət ilk qrupun ölkədəki yeni yüksək təhlükəsizlik həbsxanasına köçürüldüyünü açıqlayıb.

Həmin anların yayımlanan görüntüləri dünyanın gündəminə çevrilib.

Dünyada cinayətin ən yüksək olduğu ölkələrdən biri olan Salvadorda hökumət yeni addım atıb. Ölkədə hökumətə reaksiyalar artdıqca minlərlə məhbus yeni açılan yüksək texnologiyalı “Terror Həbsxanası”na köçürülüb.

Yüksək texnologiyalı müşahidə sistemi ilə dizayn edilmiş və 40.000 cinayətkarı yerləşdirmək üçün nəzərdə tutulmuş həbsxananın Amerikanın ən böyük meqa həbsxanası olduğu təxmin edilir. Hər biri 80 nəfərlik 32 kameradan ibarət həbsxanada yaramazlıq edən dəstə üzvlərini cəzalandırmaq üçün qaranlıq, pəncərəsiz “cəza kameraları” var.

Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin