"Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik

Hazırda oxunan: "Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik

253664
ABŞ ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor deyib.

“Rusiya uzun müddət İran, Türkiyə və Suriyadakı müttəfiqləri arasında münasibətləri bərpa etməyə çalışıb. ABŞ ordusunun buradan çıxarılması Rusiyanın tərəflər arasında seçiminə səbəb olacaq. Biz mümkün olduğu qədər tez bir zamanda Şimali Suriyadan getməliyik. Ona görə ki, burada kürd terrorçularına hücum etməyə hazır olan onminlərlə türk əsgəri var. Biz Suriya hökumətini buraya daxil olmağa məcbur etdik, özümüz isə gedirik. Putin seçim etməli olacaq. Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılar və İrana təsirini itirəcək”, – deyə o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin