Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO

Hazırda oxunan: Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO

247316
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Cenevrənin Christie’s hərrac evində çox nadir brilliant “Çəhrayı irs” rekord qiymətə- 50 milyon dollara satılıb.xa0

19 karat çəkisi olan qiymətli daşı Amerikanınxa0 Harry Winston zərgərlik evi alıb. Nadir daş-qaş elə o saat yeni ad alıb - ”Uinstonun çəhrayı irsi”.

Christie’s hərracxa0 evinin Avropa şöbəsinin başçısının sözlərinə görə hər karata 2,6 milyon dollar ödəmək-çəhrayı brilliantlar üçün dünya rekordudur.

Hərrac satışı başlayanadək qiymətli daşın dəyəri 30-dan 50 milyon dollaradək olub. Brilliant hərrac başlayandan 5 dəqiqə sonra satılıb.

“ Çəhrayı irs” nə vaxtsaxa0 De-Beers dağ-mədənxa0 kompaniyasının rəhbərixa0 Oppenheymer ailəsinə mənsub olub.

“Christie’s” departamentinin başçısı zərgər Rahul Kadakiya daşı” dünyanın ən iri brilliantlarından biri olduğu”nu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin