Rusiya qırıcıları Suriyanı bombaladı

Hazırda oxunan: Rusiya qırıcıları Suriyanı bombaladı

227532
Rusiya qırıcıları Suriyada Hama və İdlib vilayətlərinin sərhədində İŞİD terrorçularına məxsus obyektlərə aviazərbələr endirib.xa0

Bununla bağlı “Al Masdar News” portalı məlumat yayıb.xa0

Portalın Dəməşqdəki mənbəyi bildirib ki, Rusiya qırıcıları Xan-Şeyhun, Kafr Zita, Əl-Latamna, Zakat və Salhiyah yaşayış məntəqələrini vurub.

Hücumlar iyunun 1-i, gecə saatlarında həyata keçirilib. Əməliyyat zamanı Hama və İdlibdə türk əsgərləri də olub. Onlar arasında ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.xa0

Mənbənin sözlərinə görə, zərbələr terrorçuların hücumlarının qarşısını almaq üçün endirilib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin