Ərdoğan: "15 dəqiqəyə öldürüləcəkdim"

Hazırda oxunan: Ərdoğan: "15 dəqiqəyə öldürüləcəkdim"

144963
Parlament çevrilişə cəhd edənlərlə bağlı edam qərarı verərsə, onu imzalamağa hazıram.
 
Moderator.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN İnternəşnl”x9da açıqlamasında deyib.
 
“Açıq şəkildə “vətənə xəyanət”x9d maddəsi var. Parlament edam məsələsini müzakirəyə çıxararsa və bununla bağlı qərarını verərsə, həmin sənədi imzalamağa hazıram”x9d, - Ərdoğan bildirib.
 
***
 
Mərmərə otelində 15 dəqiqə də qalsaydım, öldürüləcəkdim.
 
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN İnternəşnl”x9da açıqlamasında deyib.
 
“Atatürk Hava Limanının gözətçi qüllərini ələ keçirmişdilər. Telefon vasitəsilə İstanbul Polis İdarəsinin rəisinə həmin ərazini qiyamçılardan təzmiləməyi əmr etdim. Havada olduğumuz üçün bəzən əlaqə kəsilirdi. Pilota nə qədər havada qala biləcəyimiz dedim. O da “3-4 saat qala bilərik”x9d deyə cavabladı. Qiyamçılar F-16 təyyarələri ilə səsdən sürətli uçuş həyata keçirdilər. Nəticədə yaranan güclü səs dalğası partlayış təəssüratı yaratdı. Belə bir vəziyyətdə xalqla görüşə gəldik”x9d, - Ərdoğan bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin