Qazaxıstan parlamenti Senatının sədri Aktobedə baş verənləri terror aktı adlandırıb

Hazırda oxunan: Qazaxıstan parlamenti Senatının sədri Aktobedə baş verənləri terror aktı adlandırıb

139758
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev iyunun 5-də Aktobe şəhərində baş verənləri terror aktı adlandırıb.

APA-nın məlumatına görə, o bu barədə özünün “Tvitter”x9d səhifəsində yazıb.

“Müqəddəs Ramazan ayı ərəfəsində Aktobedə baş verən terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir. Hazırda onların cəzalandırması istiqamətində ən ciddi tədbirlər görülür”x9d, K-J. Tokayev vurğulayıb.

İyunun 5-də Aktobe şəhərində silahlı insident baş verib. Naməlum silahlılar silah mağazası və hərbi hissəyə hücuma edib. Hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Bir gədər sonra Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubaev Aktobe şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin