Snup Doqq şəxsi marixuana növünün satışına başlayır

Hazırda oxunan: Snup Doqq şəxsi marixuana növünün satışına başlayır

105448
Amerikalı reper Snup Doqq marixuananı rəsmi qeydiyyatdan keçirilmiş Leafs By Snoop brendi altında satacaq şirkət təsis edib, NME məlumat yayıb.

“Bu, dünyada ilk böyük marixuana markasıdır, və mən bu işdə birinci olmağımla fəxr edirəm”x9d, - musiqiçi bəyan edib.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, şirkət Amerikanın Kolorado ştatında yerləşəcək, bu ştatda marixuananı “müalicə və istirahət”x9d məqsədi ilə istifadəsini 2012-ci ildən leqallaşdırıblar.

“Leafs by Snoop mənim təcrübəmi və təsəvvür edilə biləcək ən yaxşı kannabisi bölüşmək üsulumdur”x9d, - o, şirkətinin saytında rəsmi bəyanatında yazıb.

Snup Doqq məşhur amerikan reperlərindən biridir. 1993-cü ildən indiyə qədər 13 albom buraxıb, albomların ümumi tirajı 35 milyon nüsxə olub. Marixuanaya bağlılığı ilə məşhurdur. 2013-cü ildə Yamaykaya yola düşərək, müvəqqəti Snoop Lion ləqəbi altında reggi-albom yazıb.

Qeyd edək ki, marixuananın müalicə və istirahət məqsədi ilə istifadəsi ABŞ-ın 23 ştatında qanuniləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin