Yaqublunun qızı: “Atamın qanaxmaları olur”x9d

Hazırda oxunan: Yaqublunun qızı: “Atamın qanaxmaları olur”x9d

88786
Müsavat partiyası başqanının müavini, siyasi məhbus Tofiq Yaqublunun səhhətində olan problemlər davam edir.xa0

Moderator.az xəbər verir ki, bu barədə onun qızı Nigar Yaqublunun özü məlumat verib.

N.Yaqublu yazır: "Bu gün ata ilə görüşdüm. Səhhətindəki problemlər hələ də öz ciddiyyətini qoruyur. Mütəmadi ağrıları və qanaxmaları olur. Ümid edirəm ki, tez bir zamanda bu hallar aradan qalxar. Həbsxana həkimləri diqqət və qayğı göstərirlər. Buna görə də onlara təşəkkür edirəm".

Nigar Yaqublunun sözlərinə görə, o, bu gün doğum gününü həbsdə qeyd edən İlkin Rüstəmzadə ilə də görüşüb: "Görüş zamanı İlkini də gördük. Hər kəsə salamı var. Əhvalı çox yüksək idi. Şirniyyat sevdiyi üçün "Rafaello" aparmışdım ki, ata vasitəsi ilə ona göndərim. Şans elə gətirdi ki, özünü gördüm.xa0

Görüş zamanı anladım ki, atamın "Əfvin məhvi" yazısındakı xa0İlkinlə bağlı nüanslar hələ də qüvvədədir. Diləyim onun tez bir zamanda azadlığa çıxmasıdır. Bəlkə digər siyasi məhbusların "cəza"ları yüngülləşər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin