Keçmiş məhbus Elsevər Mürsəlli ictimaiyyətə müraciət edərək müğənni Mətanət Əsədovanın onu məhkəməyə verdiyini bildirib, heç bir halda ondan üzr istəməyəcəyini vurğulayaraq hamıdan dəstək istəyib:
"Bir neçə gün öncə Facebook səhifəmdə yaydığım videodan və Mətanət Əsədovanın bacısı haqda dediyim gerçəklərdən sonra müğənni Əsədova məni məhkəməyə vermək qərarına gəlib və Cinayət Məcəlləsinin 148 - ci maddəni rəhbər tutaraq mənim həbs edilməyimi istəyib. Burdan bütün ictimaiyyətə səslənirəm, mən Mətanət xanımdan üzr istəməyəcəm, çünki onun yanında heç bir günahım yoxdur, Mətanət Əsədova nə prezident deyil, nə də ölkənin birinci xanımı ki, mən ondan gunahım olmaya - olmaya üzr istəyim. Burdan insanlara səslənirəm, 2 il öncə həbs edilərkən mənə öz dəstəyinizi göstərmədiniz və mən günahsızlığımı sübuta yetirə bilmədim, heç olmasa indi öz dəstəyinizi göstərin ki, keçmiş şeylər yenidən təkrarlanmasın. Sonda açıqlamanı yayan bütün mətbuat orqanlarına təşəkkür edirəm."

































































































