Moderator.az -ın elektron poçt ünvanına ürəkləri parçalayan bir müraciət daxil olub.Müraciətdə dərdli ata övladının ürək qüsurlu olduğunu və tezliklə müdaxilə edilmədiyi təqdirdə övladını itirə biləcəyi təhlükəsi yarandığını ürək ağrısı ilə qeyd edir. Və ümid qapısı kimi Birinci Xanım Mehriban Əliyevanın ailələrini bu ürək sızladıcı durumdan çıxaracağına, balaca körpənin əməliyyat olması üçün köməklik olunacağına inanaraq aşağıdakı məktubu göndəriblər.
Həmin məktuba toxunmadan sizlərə təqdim edirik:
"Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, 8 aylıq uşağım Turanda anadan gəlmə ürək çatışmamazlığı var ki, təcili əməliyyat olunmasa ölə bilər.Beləki Turanın müayinəsi zamanı ürəyində ciddi qüsur, 5 yerdən yırtıq olduğu aşkar edildi.Həkimlər onun təcili cərrahiyə əməliyyatı olunmasını bildirdilər.Çox təssüf olsun ki. balaca Turanın Azərbaycanda müalicəsi mümkün deyil ki, buna görə xarici Ölkələrin birində təcili əməliyyat olunmasına zərurət var.8 aylıq Turan hər gün ağlayır, xəstəliyə görə çox zəifdir,əziyyət çəkir.Maddi imkanımız yoxdur ki, azyaşlı xəstə balamızı müalicə edilməsi üçün xarici ölkəyə aparaq.Buna görə çox-çox narahatıq. Balaca Turan təcili əməliyyat edilməsə həyatını itirə bilər.Ağlamaqdan gözümün yaşı quruyub.Allah heç kəsə bala dağı göstərməsin.Ancaq buna baxmayaraq ümüdümüzü üzməmişik , ona görə ki. Azərbaycanın Mehriban Əliyeva kimi humanist, mərhəmətli birinci xanımı var. Mehriban xanımın köməkliyi ilə Azərbaycanda çoxlu sayda xəstə adamlar müayinə və müalicə olunub, sağlamlıqları bərpa edilmiş, həyatda qalmışdılar.Bütün bunlar Mehriban xanımın mərhəmətinin, qayğıkeşliyinin nəticəsində həyata keçirilmişdir. Bizim ailəmizdə inanırıq ki, Mehriban xanımın mərhəməti nəticəsində körpə Turan təcili əməliyyat olunacaq və həyatda yaşayacaq.Ümüdümüz Allaha və Mehriban xanımadır. Bizə məlumdur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xətti ilə növbəlik əsasında müalicəsi ölkə daxilində mümkün olmayan xəstələr dövlət vəsaiti hesabına respublikadankənarda müalicəyə göndərilir.Ancaq körpə Turan təcili əməliyyat olunmasa ölə bilər ki. buna görə növbədən kənar təcili olaraq respublikadan kənarda əməliyyat edilməlidir. Mehriban xanıma ərizəilə müraciət etmişik.Mən mətbuat vasitəsi ilə də hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli Mehriban xanım Sizdən çox-çox xahiş edirəm,Sizə yalvarıram körpə Turanın növbədən kənar respublikadankənarda müalicə olunmasına köməklik göstərəsiniz.Ümüdümüz Allaha və Sizədir.Allahdan Sizə uzun ömür , möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram.
Əlaqə telefonu: 051 785-07-55 "
Allah şəfa versin!
































































































