Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

Hazırda oxunan: Rusiyanın yeni səfərbərliyə hazırlaşmasına Kremldən REAKSİYA

632944

Kreml Rusiya Federasiyasında yeni səfərbərlik dalğasının keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.

Bizim.Media xəbər verir ki Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə RTVI telekanalına açıqlamasında bildirib.

Peskov bu cür məlumatların Ukrayna tərəfindən məqsədyönlü şəkildə yayıldığını iddia edib.

"Bilirsiniz, bunların hamısını Ukrayna hakimiyyəti dövriyyəyə buraxır. Təbii ki, onlar ideoloji cəhətdən ölkəmizdəki vəziyyəti sarsıtmağa çalışırlar. Bunların hamısı informasiya məkanına məqsədyönlü şəkildə ötürülən dezinformasiyalardır”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sentyabrda keçiriləcək parlament seçkilərindən sonra 300 min nəfəri səfərbər edə biləcəyini bəyan etmişdi.

Həmçinin "The Wall Street Journal" (WSJ) nəşri də Qərb kəşfiyyatına istinadən Kremlin yeni səfərbərlik dalğasına hazırlaşdığını, lakin hələlik yekun qərarın verilmədiyini yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin