İsmayıllıda ağır yol qəzası baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi
Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub. O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.
Bizim.Media



































































































