Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

Hazırda oxunan: Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

631227

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi ilə əlaqədar yeni ekspres avtobus marşrutları açılıb.

Bizim.Media xəbər verir ki, ekspres marşrutların təşkili metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin olunmasına xidmət edir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin