Xəbər verildiyi kimi Qubada 23 yaşlı beş aylıq hamilə qadın antibiotikə qarşı aparılan sınaq (prob) zamanı anafilaktik şoka düşərək həyatını itirib.
İqrığ kənd sakini, 23 yaşlı Səbinə Feyzulla qızı Əmrahovaya ev şəraitində antibiotikə qarşı prob vurulduqdan sonra onda anafilaktik şok başlayıb.
Quba Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğsuna cavab olaraq bildirilib ki, 15.07.2026-cı il tarixində saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:37 / 16.07.2026
Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA
Hazırda oxunan: Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA
Hazırda oxunan: Qubada antibiotikdən ölən hamilə qadınla bağlı xəstəxanadan AÇIQLAMA
625640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































