Bakının piyada keçidlərində eskalator və liftlər yenilənəcək

Hazırda oxunan: Bakının piyada keçidlərində eskalator və liftlər yenilənəcək

622856

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payız aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.
 

Həmçinin bildirilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.


Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin