Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Hazırda oxunan: Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

622820

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb.

Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.
 

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.


Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin