Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Hazırda oxunan: Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

622802

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

Bizim.Media xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.
 

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib.


Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin