"Yanmış mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”x9d

Hazırda oxunan: "Yanmış mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”x9d

187593
Avqustun 5-də Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən 5 mərtəbəli yataqxanada baş verən yanğın nəticəsində zərər dəymiş mənzillərin bərpasına başlanılıb.
xa0xa0
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun verdiyi məlumata görə, yanğın nəticəsində yataqxanada məcburi köçkünlərin yaşadığı 22 mənzilə ziyan dəyib.

Artıq mənzillərin təmirinə başlanılıb və mənzillərin qısa müddətdə təmirinin başa çatdırılması üçün iş aparılır: “Mənzillərin təmirinə 3 briqada cəlb olunub. Həmin mənzillər yüksək səviyyədə təmir edilərək məcburi köçkün ailələrə təqdim olunacaq”x9d.
xa0xa0
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin ərazisində yerləşən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşlar üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin