"Həbsdə kişi kimi oturmağı belə bacarmayan İlqar özünü asdı..."

Hazırda oxunan: "Həbsdə kişi kimi oturmağı belə bacarmayan İlqar özünü asdı..."

141255

Eldar Mahmudovun “vurulması”x9d ilə onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin ifşası bu qruplaşmanın nəzarətində olan bəzi “reket qəzetlərin”x9d də sonunu da gətirib.

Bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror mərkəzinin rəis müavini olan İlqar Əliyevin birbaşa nəzarətində olan “Gündəlik-Bakı”x9d adlı “reket”x9d qəzetin səsi də gedər-gəlməzə gəldi. Əslində heç bir oxucu kütləsi olmayan, ayrı-ayrı məmurları şantaj edən bu qəzet öz yazılarını poçt vasitəsi həmin məmurların ünvanına yollamaqla mövcudluğunu nümayiş etdirib.



MTN-nin məhkəmələr üzərində total nəzarətinin olduğu bir dönəmdə məmurların adıçəkilən “reket”x9d qəzetə və onun şantajist rəhbəri Habil adlı “jurnalist”x9də qarşı iddiası təmin olunmurdu. Həmin məhkəmələrin hakimlərinə birbaşa telefon açıb, Habili tapşıran İlqar Əliyev olub ki, bunu da həmin hakimlər etiraf edir.


İlqar Əliyevə gəlincə, o, Habilin qara qaşına-gözünə aşiq olmayıb. O, da öz növbəsində bu qəzetin vasitəsi ilə rüşvətlər alıb, qanunsuz varlanıb. Belə ki, hansısa iş adamı, yaxud məmur barəsində Habilə “dezo”x9d ötürən İlqar Əliyev, həmin “dezo”x9dunun qəzetdə getməsindən sonra adıçəkilən şəxsləri “qarmağına”x9d keçirib, onlardan pul alırmış.

Hətta MTN xofu, qorxusu nəticəsində Mətbuat Şurasının da bu “reket qəzet”x9də gücü yetmirdi. Hər il “reket qəzetlər”x9d sırasına daxil olan bu media orqanı(?) öz əməllərini davam etdirib.


Eldar Mahmudovun “vurulması”x9d, İlqar Əliyevin özünü asmasından sonra MTN-nin  şantaj tribunası olan bu “qəzet”x9d sonradan “geriləməyə”x9d başladı. Həbs təhlükəsindən sovuşan Habil Vəliyev yenə də öz ampluasına qayıtdı.


Ancaq Prezident Administrasiyasının şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənov bəyanatı dövlətin artıq şantaj, hədə ilə fəaliyyət göstərən medianın mövcudluğu ilə barışmayacağına bir ifadə idi. Həmin “qəzetin”x9d fəaliyyəti ilə bağlı bir faktı xatırladan Əli Həsənovun “bir nazir mənə zəng edib, “reket qəzet”x9din şantajı, hədəsi ilə üzləşdiyini deyir. Bəlli olur ki, bu “qəzetin”x9d üzərində 15 məhkəmə qərarı var”x9d deməsi də buna işarə sayıla bilər.

Görünür, PA rəsmisinin “reket jurnalist”x9d barəsində açıqlamasını şərh etməyimiz onu isterikaya salıb. əgər belə olmasaydı, bir gündə saytımızın rəhbəri Pərviz Həşimli barəsində yalan yazıb, diqqəti özündən yayındırmağa çalışmazdı.


“Reket jurnalist”x9d Habil Vəliyev iddia edir ki, guya, Pərviz Həşimli ondan MTN-nin qisasını alır. “İçindəki İlqar sevgisinə lənət olmuş”x9d bu adama  xatırladırıq ki, sən  Pərviz Həşimlinin hədəfində olacaq birisi deyilsən. O ki qaldı, Eldar Mahmudovun saxta-qurama ittihamlarına əsaslanıb, Pərviz Həşimlini silah qaçaqmalçılığında ittiham eləmək, buna dağlarda qoyun otaran (Habildən ağıllı adamlardır-müəllif) çobanlar da gülər. Bu ittihamlar o qədər absurd, o qədər gülünc idi ki, hətta hakimiyyətə yaxınlığı ilə seçilən 9 millət vəkili belə Prezidentə müraciət edərək, Pərviz Həşimlinin istintaq və məhkəmə proseslərində qanunsuzluqla üzləşdiyini, onu azad etməsini xahiş edib. Elementar hüquq anlayışı olan hər kəs bilir ki, Amnesty İnternational kimi dünyanın nüfuzlu bir qurumu hər həbs edilənə (hətta saxta ittihamla olsa belə) “Vicdan Məhbusu”x9d statusu vermir. Ancaq Pərviz Həşimli bu statusu cəmi bir aya alıb.

Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti və dünyanın aparıcı qurumları Pərviz Həşimlinin saxta-qurama ittihamlarla həbsinə görə, ona azadlıq tələb edib.


Bundan başqa ABŞ, Almaniya və Böyük  Britaniyanın aparıcı nəşrləri Pərviz Həşimlinin qanunsuz həbsindən yazıb. Çünki, müasir dünyada insan hüquqları bir ölkənin daxili işi olmaqdan çoxdan mıxıb. Bəs görəsən, indiyədək üzərində 15 məhkəmə qərarı olan Habil Əliyevlə bağlı niyə bir təşkilatın olsun belə çağırışı yoxdur.  Cavab sadədir: O, “reketdir, şantajçıdır, çamur atandır və ən əsası deqradasiyaya uğramışdır”x9d.


Hələ ötən il Eldar Mahmudov istisna olmaqla, Prezident Yanında  Əfv Məsələləri Komissiyasının əksər üzvləri komissiyanın iclasında Pərviz Həşimlinin azadlığa buraxılması məsələsini qaldırıb.


Bu arada  “reket jurnalist”x9də xatırlatmaq istəyirik ki, Pərviz Həşimlinin evinə atılan silahların hamısı nömrə ardıcıllığı ilə bir-birinə uyğun gəlir. Belə olan halda “qara bazar”x9dda bu cür silah satılması mümkünsüzdür.


Sonda bir vaxtlar İlqar Əliyevin “maşa”x9dsına çevrilən bu adama İLAHİ ƏDALƏTİN olduğunu xatırladırıq. Pərviz Həşimlinin 5 yaşlı övladının oyuncaqları arasına silah atdıran, maskalanmış “itlərini”x9d onun evinə basqına yollayan, körpə uşağı göz yaşlarına qərq etdirib, onu qorxuya salan İlqar Əliyevin və onun başbilənlərinin tifaqı necə dağıldığının şahidi olduq. Həbsdə kişi kimi oturmağı belə bacarmayan, İlqar özünü asdı. Onun naziri isə hər gün ürəktutma diaqnozu ilə həkim nəzarətindədir.(gununsesi.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin