Niderlandın PvdA partiyasında Qarabağ müzakirəsi

Hazırda oxunan: Niderlandın PvdA partiyasında Qarabağ müzakirəsi

127043

Xəbər verdiyimiz kimi Xocalı soyqırımı ərəfəsində Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Niderlandın aparıcı siyasi partiyası olan PvdA-nın millət vəkili xanım Marja Van Der Meer və partiyanın fəal üzvləri Hetty Jansen, Niels De Vries, Grietje Weeringa və s. ilə görüş keçirmişdi. 

Bu görüş haqqında Niderland mediasında “Yerli və əcnəbi siyasətçinin görüşündən öyrənilən yeniliklər”x9d başlıqlı xəbər verilib. Xəbərdə iki xalq arasında dostluq münasibətlərinin genişləndirilməsi haqqında yazılıb. Həmçinin Azərbaycan ərazisinin 20%-nin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün düşməsi haqqında məlumat verilib. Xəbərdə Niderland-Azərbaycan Evinin PvdA ilə gələcəkdə həyata keçirəcəkləri layihələrdən danışılır.
Yazıda Elxan Mirhəşimli və Niderland-Azərbaycan Evinin fəaliyyəti haqqında da məlumat verilib. Qeyd edək ki, görüşdə Niderland Azərbaycan Evinin mətbuat katibi və hüquqşünası Mədinə Mirhəşimli də iştirak edib. Xatırladaq ki, PvdA 70 il ərzində Niderlandın aparıcı siyasi partiyasına çevrilib. Hər seçkilərdə 30-50 faiz səs toplayaraq nazirlər kabinetində bir neçə nazirliyə rəhbərlik edirlər.

 

//friesland.pvda.nl/in-gesprek-met-politiek-vluchteling-elchan-gasjimov-we-kunnen-veel-van-elkaar-leren/

Elnur Eltürk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin