Bakıdan gedən nümayəndə heyəti İsveçdə keçirilən xa0“Multikulturalizm və dinlərarası tolerantlıq...”x9d mövzusundakı konfransda böyük təqdir qazandı
Bombaların partladıldığı, milyonlarla qaçqınların onlara məxsus olmadığı qitələrə yayıldığı, irqçiliyin, rasizmin, dini ayrıseçkiliyin, qurbanlıq qoyunlar kimi baş kəsilməsinin, insan ölümünün heç qara qəpiyə də olmamasının, körpə balaların, kiçik səbilərin qətlə yetirildiyi, ifrat varlılığın və eləcə də lap aşağı səviyyədə yoxsulluğun, səfalətin, işğalların artdığı bir zəmanədə yaşayırıq. Texniki tərəqqi inkişaf edir, smartfonlar, insan məişətini, həyatını daha da asanlaşdıran elektron texniki avadanlıqlar, elektron avtomobillər, alternativ enerji mənbələrinın icad olunduğu dünyada yaşayırıq. Bu gün sosial şəbəkələr, internet kommunikasiya proqramları vasitəsi ilə 10 illərlə görmədiyimiz dostlarımızı və qohumlarımızı tapırıq. Heç vaxt tanımadığımız insanlarla dostluq edirik, bəzən onlarla elə realda tanıdığımız kimi səmimi oluruq qardaşa, bacıya çevrilir onlar bizimçün. Sosial şəbəkələr bizim həyatımıza məişətimizə evimizə o qədər yaxından daxil olub ki, artıq öz varlığımızı belə onsuz təsəvvür edə bilmirik. Ayrı-ayrı ölkələrdə inqilablar dəyişikliklər, böyük nümayişlər, mitinqlərin sosial şəbəkələr vasitəsi ilə virtualdan reala keçdiyinin şahidi oluruq zəmanəmizdə. Bu nədir? Axirətin gəlməsimi? Dünyanın dağılmasımı? İnsanlığın sona çatmasımı? Fantastik filmlərdə olduğu kimi robotların bizim dünyamıza sahib olacağı günün yaxınlaşmasımı? Nəyimiz çatmır ki, biz bu gün bu süni qarşıdurmanın, irqçiliyin, dini ayrıseçkiliyin, bir dində olan təriqət ayrımçılığının qarşısını almağa nail olaq? Bu kiçik dünyamızda mehriban, şad xürrəm yaşayaq və ömrümüzü qorxu, səksəkə içində deyil, firavan və məhəbbətlə başa vuraq. Axı hər kəsə, inanclıya da, ateistə də məlumdur ki, bu dünya müvəqqətidir. Kimsə sonsuzadək yaşamır bu dünyada. Niyə axı öz həyatımızı cəhənnəmə çeviririk? Bəlkə doğurdan da dini tolerantlılığa, çoxmədəniyyətliliyin inkişafına, multikulturalizmə ehtiyacımız var?
Elə bu məqsədlə İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycanın İsveçdəki səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə noyabrın 18-də “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”x9d mövzusunda konfrans keçirildi. Rusiyanın, Türkiyənin, Gürcüstanın, Qazaxıstanın, Polşanın və İsrailin İsveçdəki səfirlərinin, ATƏT-in keçmiş prezidenti Goran Lenmarket, İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru Stefan Qulqren, İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri xanım İngrid Tersmanın, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin, İsveçin “İnanclar arası dialoq mərkəzinin”x9d əməkdaşı Reverend Helene Engellin, İsveçin nüfuzlu mətbuat orqanlarının, informasiya agentliklərinin və ictimaiyyətinin iştirak etdiyi konfransa Bakıdan xa0Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullanın rəhbərlik etdiyi nümayəndə heyəti dəvət olunmuşdu. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-in İcraçı direktoru Azad Məmmədov daxil idilər.xa0
Aşağıdakı videoda və linkdə xa0konfransın gedişatı barədə tam dolğun süjet var. Kutura+ WebTV-da çalışan hörmətli həmkarlarıma, dostlarıma dərin təşəkkür edirəm ki, çəkdiyim materialı çox gözəl hazırlayıblar və ona görə də süjeti əziz oxucularıma təqdim edərək uzun-uzadı konfrans haqqında yazmıram. Amma bununla bərabər konfransın əhəmiyyətindən və isveçlilərin bu konfransa xüsusi maraq göstərməsindən, nümayəndə heyətinin İsveçin demokratiya və mədəniyyət naziri, parlament nümayəndə heyəti və XİN-də və eləcə də İsveçdə fəaliyyət göstərən diaspora nümayəndələri ilə görüşlərdən bir az yazmaq istəyirəm.xa0
Başlayaq Mədəniyyət və demokratiya nazirliyində görüşdən. xa0Konfransdan əvvəl akademik Kamal Abdullanın rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçin Demokratiya və Mədəniyyət naziri Alice Bah Kunhke ilə görüşü oldu. Görüş həqiqətən çox mehriban və dostluq şəraitində keçdi. xa0Nazir Alice Bah Kuhnke bu görüşün ölkələrimiz üçün faydalı olacağına inandığını deyərək ölkəsinin daxili siyasəti və müxtəlif dəyərləri barədə məlumat verdi. O, irqçilik, terrorizm və qaçqın məsələlərinin İsveçin ən böyük problemləri olduğunu dilə gətirdi və eyni zamanda bildirdi ki, İsveçdə fərqli dinlərin təmsilçilərinin nÑŒmayəndələri dцvlət tərəfindən dəstəklənir. Nazir bununla bağlı milli agentliyin də mövcud olduğunu diqqətə çatdırdı. Bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayan Alice Bah Kuhnke bu baxımdan belə səfərlərin vacibliyini qeyd etdi. O sцzÑŒnÑŒ belə bitirdi: ”x9dMən nümayəndə heyətinin belə bir tərkibdə İsveçə səfər edəcəyini eşidəndə çox sevincək oldum. Məhz indi bu narahat dünyamızda multikulturalizmə və dini tolerantlılığa çox böyük ehtiyac var”x9d. xa0
Dövlət müşaviri Kamal Abdulla fikirlərinə son vaxtlar dünyanın bir çox yerlərində törədilən terror aktlarını pisləməklə başladı. Dünya ölkələrinin belə hadisələrin qarşısını almaq üçün birgə iş aparmalı olduğunu deyən akademik dini dözümlülüyün və tolerantlığın bu məsələdə vacibliyini vurğuladı. Ölkəmizin multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələrindən, Azərbaycan dövlətinin bununla bağlı apardığı siyasətdən danışan Dövlət müşaviri multikultural təhlükəsizliyin mahiyyəti barədə söhbət açaraq etnik, dini mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların cəmiyyətdə qorunmalı olduğunu bildirdi. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdıran Kamal Abdulla ölkəmizdə müxtəlif konfensiyaların, dinlərin, millətlərin və eləcə də dillərin təmsilçilərinə yanaşmada bərabər münasibətin olduğunu vurğuladı. Akademik fikrini belə bitirdi. ”x9dSizə qısa bir əhvalat danışmaq istəyirəm. Bu həyat hekayəsini mən üç hissəyə bölmək istəyirəm. Birinci hissə belə başlayır ki, bir xa0israillini Azərbaycan sinaqoquna ravin təyin etmək istəyirlər. Heç zaman Azərbaycanda olmayan və Azərbaycan haqqında çox mənfi fikirdə olan ravin öz rəhbərliyindən rica edir ki, onu hara istəyirlər təyin etsinlər bircə Azərbaycana təyin etməsinlər. Orda müharibə var insanlar hər gün ölür axı mənim övladım xa0var. Biz orda neçə yaşayacağıq. Əlbəttə, onun bu yalvarışlarına baxmayaraq bu insanı Azərbaycana ravin təyin edirlər. Burda hekayəmizin birinci hissəsi bitir. İkinci hissəni siz özünüz təsəvvür edin. Üçüncü hissə isə bir cümlədən ibarətdir. Bizim ravin bu gün Azərbaycan prezidentinə müraciət edib ki, ona Azərbaycan Respublikasının vətəndaşlığı verilsin ”x9d.xa0
Mədəniyyət və demokratiya naziri daha sonra sözü Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə verdi.xa0
Şeyx həzrətləri ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən danışaraq qeyd etdi ki, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır ki, bunun da bir çox dünya ölkələrində təəccüblə qarsalandığını görürük. Lakin ölkəmizdə bu xa0adi bir haldır deyə fikirlərinə davam etdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri daha sonra qeyd etdi ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyi və mədəni dəyərlərini qoruyur. Prezident İlham Əliyevin bu istiqamətdə siyasətinin mahiyyətindən danışan A.Paşazadə Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Beynəlxalq Humanitar Forumun keçirildiyini dilə gətirdi.
Görüşdə çıxış edən din xadimləri Azərbaycanda yaradılan tolerant mühitdən və azadlıqlardan danışaraq bunun başqa ölkələr üçün bir model olduğunu da vurğuladılar.xa0
Bu görüşdən sonra nümayəndə heyəti konfransa yollandılar. Konfrans haqqında yuxarıda yazdığım kimi çox ətraflı məlumatlı süjeti təqdim etdim amma bir neçə əlavəni də etmək istəyirəm. İsveçin “Dagens nyheter”x9d qəzetinin əməkdaşı ilə konfrans barədə fikirlərimizi bölüşdürdük. Mariya adlı jurnalist bunları bildirdi: ”x9dDüzü bura gələndə çox tərəddüd edirdim, elə düşünürdüm ki, daha çox hökumətin təbliğatını eşidəcəyik. Amma məni təəccübləndirən fikirlərlə rastlaşdım, yəni doğurdan bir müsəlman ölkəsində dini ayrıseçkilik heç yoxdur...Bu doğurdan da təəccüblüdür”x9d.xa0
Türkiyə Cümhuriyyətinin İsveçdəki səfiri Kaya Türkmən dedi: ”x9d Mənimçün xa0bu konfransda çox təəccüblü fikirlər səsləndi. Sünnilərin şiələrlə bir məsciddə namaz qılması və aşura günlərində insanların baş yarması yox, gedib xəstələrə qan verməsi çox ali və gözəl düşünülmüş təşəbbüsdür. Bu ki, islamda modernləşmədir. Mən həm heyrətə gəldim, həm də Azərbaycanla qürur duydum”x9d.xa0
Johan adlı isveçli bir konfrans iştirakçısı isə fikirlərini belə ifadə etdi: ”x9dMən din xadimlərinin fikirlərini eşidəndə təəccübdən heç yerimdə otura bilmirdim. Bu nədir Azərbaycan lap inanclı və ateist insanlarçün əsl cənnətdir ki”¦”x9dxa0
Əlbəttə konfransda həm vəhhabiliyin, həm sələfiliyin və həm də İran şiəçiliyinin bütün dünyada və eləcə də Qafqazda artmasından, bunun Azərbaycanda da narahatlığa səbəb olmasından və bu kimi halların ölkədə qarşısının necə alınmasından doğan suallar da verildi. Şeyxülislam Hacı Allahşükür Paşazadə bu suallara belə cavab verdi ki, belə narahatçılıq az da olsa Azərbaycanda da var və biz ölkəmizin siyasi rəhbərliyi ilə bu məsələləri birgə aradan qaldırmağa çalışırıq. Şeyx daha sonra bildirdi ki, ”x9dAzərbaycandakı müsəlmanlıq nə İrana nə Şimali Qafqaza nə də Türkiyədəkinə bənzəyir. Biz daha çox biri-birimizə inam, dostluq və qardaşlıq şəraitində yaşayırıq. Bunu başqa dinlərin nümayəndələri olan mənim həmkarlarım da təsdiq edə bilər. Bu gün Azərbaycanda dünyanın heç yerində rastlanmayan bir məsələ var. Bizim ölkəmizdə sünnilərlə şiələr bir məsciddə eyni zamanda namaz qılırlar. Bu il hətta Aşura mərasimində şiə müsəlmanlarla yanaşı başqa dinlərin nümayəndələri o cümlədən xristianlar da gəlib məntəqələrə qan verdilər”x9d. Konfransdan dönərkən rus provaslav kilsəsinin apostolu Aleksandr ata ilə bir maşında geri döndük. Aleksandr ataya belə bir sual verdim: ”x9dBir neçə il öncə protestant təriqətinə aid bir sektanı Azərbaycanda qeydiyyata almadılar və hətta rahib İsveçə döndü və İsveçin qəzetləri də bu barədə yazmışdılar konfransda da bir adam bu barədə sual verdi. Sizin bu məsələdən xəbəriniz var idimi? ”x9d.xa0
Əlbəttə, deyə Aleksandr ata sözünə başladı: ”x9dBu hadisə təxminən 10 il öncə olmuşdu. O sektanı bütün protestant təriqətinə aid olan Lütterran kilsələri birliyi bağlatdırdı. xa0Səbəb isə bu idi ki, Lütterran kilsələr birliyi yeni belə sektaların açılmasında maraqlı deyildi. Özünüz fikirləşin, elə lap məni götürək, mən Provaslav Kilsəsinin arxiyepiskopuyam. Sabah getdim özümə bir yeni sekta açdım. Axı, buna provaslav kilsələr birliyi dərhal etiraz edər. Bu qətiyyən yolverilməzdir. Onlar da elə. Və bir də Azərbaycan qanunvericiliyində maddə var 50 nəfərdən az olan bir dini təriqət qeydiyyatdan keçə bilməz. Bu o deməkdir ki, həmin sizin dediyiniz adamlar Azərbaycanda qeyri-qanuni fəaliyyət göstəriblər. Bəziləri elə deyirlər ki, guya Azərbaycan müsəlmanları öz inanclarını dəyişib onlara daha çox qoşulurdu və bunun qarşısını almaqçün onlara fəaliyyət göstərməyə icazə vermədilər. Bu tamamilə yanlış fikirdir. Baxın mənim öz müavinim xristian olan azərbaycanlıdır”x9d.xa0
Daha sonra nümayəndə heyəti parlamentdə, XİN-də maraqlı görüşlər keçirdilər.xa0
Stohkolmda yaşayan Azərbaycan diasporasının üzvləri xa0ilə də görüş çox maraqlı və səmimi oldu. Həm Seyxülislam və həm də akademik Kamal Abdulla diasporanın üzvlərinə, xüsusi ilə də gənclərə öz tövsiyələrini verdilər. Düzü bu narahat zamanda Azərbaycan səfirliyinin şəxsən səfir Adiş Məmmədovun təşkilatçılığı ilə belə maraqlı, lazımlı və yaddaqalan tədbirin keçirilməsi məni çox qürurlandırdı. Ən son XİN-dəki son görüşümüzdə Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru Stefan Qulqren fikirlərini belə dilə gətirdi: ”x9dDünyadakı terror aktlarının, o cümlədən Parisdəki terror hadisəsinin olduğu bir dönəmdə belə bir konfransın olması təkcə bizimçün deyil, həm də bütün bəşəriyyətçün çox vacibdir və buna görə Azərbaycanın İsveçdəki səfiri cənab Adış Məmmədova öz təşəkkürümü bildirirəm”x9d. /musavat.com/








































































































