Qardaş Türkiyəyə bu dəfəki səfərimizin məqsədi İğdır şəhərindəki Heydər Əliyev adına parkın baxımsız vəziyyətdə olduğu ilə bağlı bəzi saytlarda verilən xəbərlərin həqiqətə uyğun olub - olmadığını öz gözlərimizlə görmək idi. Bu iftira dolu yazıya ciddi reaksiya verərək Qarsdakı baş konsulumuz Nuru Quliyevi arayıb vəziyyət barədə onu məlumatlandırmağı özümüzə borc bilmiş, fikirlərini öyrənmişdik. Baş konsul yazılanların həqiqəti əks etdirmədiyini saytımıza göndərdiyi fotolarla sübuta yetirmişdi. Bu xəbərə İğdırda nəşr olunan nüfuzlu “Yaşıl İğdır”x9d qəzeti də biganə qalmamış, geniş bir yazı ilə çıxış edərək əslində bu cür yazılarla bulanıq suda balıq tutmaq istəyənləri qınamışdı.
O vaxtxa0 baş verənlərə ilk reaksiya verən yalnız biz olmuşduq. Olayı gündəmə gətirənlərin gerçək niyyətlərinin verə biləcəyi fəsadları götür-qoy edərək məsələyə “yüz eşitməkdənsə, bir dəfə görmək”x9d məntiqi ilə yanaşdıq və İğdırdakı Heydər Əliyev parkının mövcud durumunun nədən ibarət olduğunu öyrənmək, eyni zamanda fürsətdən istifadə edərək bölgənin rəsmiləri ilə fikir mübadiləsi aparmaq qərarına gəldik.

Beləliklə, sentyabrın 13-də axşam saatlarında İğdıra getmək üçün Naxçıvana yollanırıq. Ertəsi gün oradan İğdıra yola düşürük. Sədərək-Dilucu sərhəd-keçid məntəqəsindən İğdıra uzanan yolun müasir standartlara uyğun yenidən qurulması həm qardaş ölkənin sürətli inkişafından, həm də bu yoldan daha çox istifadə edən Azərbaycan vətəndaşlarına olan diqqətindən xəbər verirdi.
Bizi aparan avtomobildə dinlədiyimiz “İğdırım, eşqim mənim”x9d türküsü bu şəhərin gözəlliyini anladırdı:
İğdırım, eşqim mənim
Araz yaşılı elim
Hər səhər gün doğanda
Ağrıyla gülüşən gəlin.
Qarpızı tağda gözəl
Üzümü bağda nəzəl
Yarpızı çay başında
xa0Maralı dağda gəzər.
xa0 xa0
Leyləyi havada gözəl
Bilirsən bahar gələcək
Qızların qaşı-gözü
Bahardan daha göyçək.
xa0 xa0 xa0xa0
Arazın suyu sınır
O tay bu tayı tanır
Xalqları ayırmaqdan
Araz özündən utanır.
xa0 xa0 xa0
xa0Səhər vaxtı şeh düşər
xa0Yarpaqlar yaşıl gülər
xa0 Gün torpağı öpəndə
xa0Bülbül gülə dil tökər.
xa0xa0
İğdırı sanki insanın gözləri önündə canlandıran bu türkünü dinləyə-dinləyə şəhərə çatırıq.xa0
Hər səhər gün doğanda Ağrı ilə gülüşən şəhər İğdırın ərazisi Sürməli Çuxurundan, Arpaçayın Arazla birləşdiyi Ərgüdərdən başlayıb Türkiyə-İran-Azərbaycan sərhəddinin birləşmə nöqtəsinə qədər uzanır. İğdır vilayətində hazırda 200 min nəfərə, İğdır şəhərində isə 110 min nəfərə yaxın əhali yaşayır. Son illər Türkiyə hökumətinin ciddi yatırımları sayəsində İğdır sürətlə inkişaf edir. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Odur ki, sənaye müəssisələri də kənd təsərrüfatı yönümlüdür.

Ərazisindən keçən Araz çayı, İğdırın demək olar ki, hər yerindən görünən, Avropanın və Türkiyənin ən böyük dağı olan Ağrı bu bölgəni turizm baxımından daha cazibədar edir. Ağrı dağı 2004-cü ildə milli park elan olunub.
xa0xa0

6000 min illik tarixi olan İğdırda 65 tarixi yer və abidə vardır. İğdırdakı Korhan yaylasını, Qaraqoyunlu, Asma köy qədim yaşayış yerlərini görməyə dəyər.xa0xa0

Əlbəttə, İğdırda ilk ziyarət edəcəyimiz ünvan ulu öndər Heydər Əliyevin adını daşıyan parkdır. Parka daxil oluruq. Hər tərəf tər-təmizdir. Parkın ulu öndərin barelyefi qoyulan hissəsinə tərəf gedirik. Ətrafa diqqətlə baxırıq. İnsafən park yazıldığı kimi baxımsız və çirkab içində deyil. Heydər Əliyevin barelyefi qoyulan hissəyə keçmək üçün bir az gözləməli oluruq. Çünki Ağrıdan İğdıra qonaq gələnlər burada fotoşəkil çəkdirirdilər. Aha, deməli bu park İğdıra gələn qonaqların da ziyarət etdiyi və dincəldiyi məkanlardan biridir. Hər gün yüzlərlə İğdırlının və bu şəhərin qonaqlarının istirahət etmək üçün gəldiyi bir park necə baxımsız qoyula bilər? Ancaq onu da qeyd edək ki, parkda yenidənqurma işlərinin aparılmasına ehtiyac var. Bəs bu işlər nə vaxt həyata keçiriləcək? Bir azdan bu sualı İğdır valisinə və şəhərin bələdiyyə başqanına ünvanlayacağıq.

Bizim Azərbaycandan gəldiyimizi və jurnalist olduğumuzu öyrənən İğdırlılar başımıza toplaşır, hər kəs belə xəbərləri yazanları şiddətlə qınadığını dilə gətirir. Qardaşının adı Azər, öz adı Baycan olan İğdırda yaşayan ağsaqqal soydaşımız cibindən Azərbaycanın və Türkiyənin bayraqlarını çıxarır, öpüb gözünün üstünə qoyur və deyir: “Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Bu iki dövlətin qurucuları- Mustafa Kamal Atatürk və Heydər Əliyev həm Türkiyədə, həm də Azərbaycanda sevilir, onlara böyük ehtiram göstərilir. Heydər Əliyevin adını daşıyan bir parkın baxımsız olduğunu iddia etmək könül bulandıran anormallıqdır”x9d.

Söhbətə qoşulan İğdır sakini Mustafa Yeşilbağ deyir ki, bu park şəhərin onların hər gün gəldiyi ən gözəl ünvanlarındandır:xa0
“Heydər Əliyev parkının əxlaqsızlıq yuvasına çevrildiyini söyləyənlər əminik ki, nə İğdıra, nə də bu parka gəliblər. Onlar burada olsaydılar, parkın İğdırın ən böyük məscidinin yanında yerləşdiyini görərdilər. Əgər bunu görüb də belə yazıblarsa, onda bizim həmin adamların müsəlman və azərbaycanlı olduğundan şübhəmiz var”x9d.
xa0 xa0
Söhbətləşdiyimiz insanlardan ayrılıb parkı gəzirik. İnsanlar öz ailələri ilə burada istirahət edirdilər. Belə bir mənzərəni görəndən sonra bura barədə iftira dolu xəbər yayan həmkarlarımıza deməyə söz qalmır...
İğdır valisi Ənvər Ünlü: “Qarşılıqlı əlaqələri daha da genişləndirməliyik”x9d

Heydər Əliyev parkında bir çay içib əvvəlcədən görüşmək istədiyimizi xahiş etdiyimiz İğdır valisi cənab Ənvər Ünlünün qəbuluna gedirik. Vali bizi çox böyük qonaqpərvərliklə qəbul edir. Söhbətə körpü salan cənab Ənvər Ünlü ilk olaraq Heydər Əliyev parkına gedib getmədiyimizi soruşur. Sonra söhbətinə davam edərək bu park barədə yayılan cəfəng xəbərlərin onları da ciddi narahat etdiyini dilə gətirir.xa0

Deyir ki, biz Heydər Əliyevi çox sevirik. Qardaş ölkəmizin liderinin adını daşıyan ünvanların onun adına layiq səviyyədə olmasına çalışırıq. Vali yaxın vaxtlarda Heydər Əliyev parkının yerləşdiyi ərazidə yenidənqurma işlərinin aparılacağının anonsunu da verir. Cənab Ənvər Ünlü elə bizim yanımızdan İğdır bələdiyyə başqanını telefonla arayaraq orada yenidənqurma işlərinin sürətləndirilməsinin vacibliyini bildirir. Söhbət zamanı Türkiyənin bu bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı qarşılıqlı əlaqələrdən də danışırıq. İğdır valisi deyir ki, biz iqtisadi əlaqələri daha da genişləndirməliyik. Ona görə də Qars şəhərindən başlayaraq Sədərək-Dilucu sərhəd-keçid məntəqəsinə gedən avtomobil yolu yenidən qurulur. Gediş-gəlişi daha da asanlaşdırmaq, iqtisadi əlaqələri genişləndirmək üçün gələcəkdə sərhəddə ikinci körpünün tikilməsi nəzərdə tutulub.
xa0 xa0
Cənab Ənvər Ünlü humanitar sahədə də əlaqələrin genişləndirilməsinin, həm Naxçıvanda, həm də İğdırda birgə mədəni tədbirlərin, festivalların keçirilməsinin əhəmiyyətindən danışır. Vali bildirir ki, gələn ilxa0 Novruz bayramı ərəfəsində İğdırda folklor festivalının keçirilməsi nəzərdə tutulub. Cənab Ənvər Ünlünün iş qrafiki sıx olduğundan onu çox narahat etmək istəmirik. Sonda cənab vali bizə hədiyyələr təqdim edir. Ona həm bizi qəbul etdiyi, həm Azərbaycana və onun liderinə böyük sayğı göstərdiyinə görə minnətdarlıq edib Valilikdən ayrılıb İğdır bələdiyyəsinə yollanırıq..
İğdır bələdiyyə başqanı: “Heydər Əliyev parkının yerləşdiyi ərazidə geniş yenidənqurma işləri aparılacaq, amma...”x9d
xa0xa0İğdırın bələdiyyə sədri Murat Yikit də bizi çox səmimiyyətlə qəbul edir. Söhbətə həmin gün valinin ona telefonla zəng etməsi, Heydər Əliyev parkı ilə əlaqədar həssas davranışın vacibliyini bildirməsi ilə başlayan bələdiyyə başqanı da parkla əlaqədar yayılan xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayır. Bələdiyyə sədri bu ilin oktyabr ayında həmin ərazidə yenidənqurma işlərinə başlanılacağını deyir, ancaq daha müasir bir parkın qurulması üçün Azərbaycanın dəstəyinə ehtiyacları olduğunu dilə gətirir.
xa0 xa0
Murat Yikitin dediklərindən: “Heydər Əliyev parkl İğdırın mərkəzində yerləşir. İğdırın nəinki mərkəzinin, hər yerinin təmiz saxlanılması bizim vəzifə borcumuzdur. Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin adını daşıyan parkaxa0 isə ikiqat diqqət göstəririk. Bu park şəhərin ən təmiz və səliqəli ünvanıdır”x9d.
xa0xa0
Bələdiyyə başqanı ilə bu bölgənin qış turizmi imkanları, bunun Azərbaycanda təbliği barədə də fikir mübadiləsi aparırıq. Yüksək intellektə sahib bələdiyyə başqanı ilə söhbət əsnasında İğdır haqqında çox şey öyrənirik. Murat bəyə bizi belə yüksək səviyyədə qəbul etdiyi üçün minnətdarlığımızı bildirir, Daşburuna getmək üçün yola çıxırıq...
xa0 xa0
Yəqin ki, çoxumuzxa0 “Axırıncı aşırım”x9d filminə baxmışıq. O filmdən hər birimizin qəlbini fəth etmiş Kərbəlayi İsmayılın məzarı İğdır vilayətinin Daşburun kəndindədir. İğdıra gəlib də Kərbəlayi İsmayılın məzarını ziyarət etməmək bizim üçün qəbahət olardı. Daşburuna gedərkən yolboyu həmin filmi xatırlayır, Kərbəlayinin ibrətamiz sözlərini yada salır, onun haqqında olan gerçəklərdən danışırıq.

Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparıb. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qalıb. Burada isə onu heç də sakit həyat gözləmirdi. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə Araz çayını keçərək, İğdır vilayətinin Daşburun kəndinə gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bu elə bir vaxt idi ki, Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizə aparıb. O, Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

Kərbəlayi İsmayılın məzarı Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamları tərəfindən təmir edilib, həmin məzarlıqda abidə ucaldılıb. Kərbəlayi İsmayılın ruhu şaddır. Çünki onun uğrunda mübarizə apardığı müstəqil Azərbaycanın bayrağıxa0 uyuduğu yerdə dalğalanır.

“Axırıncı aşırım”x9d filmindən fraqmentləri yadımıza sala-sala Daşburuna çatırıq. Kərbəlayi İsmayılın məzarının yanında bir nəfər dayanıb. O, əli ilə yanındakı adamlara tapşırıqlar verir. Bir azdan öyrənirik ki, bu, İğdırda yaşayan soydaşımız, iş adamıxa0 İsaq Yaycılıdır. İsaq bəylə söhbətimizdə məlum olur ki, o, tez-tez Kərbəlayi İsmayılı ziyarətə gəlir, onun uyuduğu yerin abadlığı ilə maraqlanır. İndi o, məzarlıqda abadlıq işlərinin aparılması üçün ustalara tapışırıqlar verir. Belə oğullarımıza əhsən deyir, İsaq bəyə minnətdarlıq edir, Kərbəlayinin məzarı başında ona Allahdan rəhmət diləyirik.
xa0
Elə həmin gün Türkiyənin Qars şəhərinə yol düşürük.
xa0 xa0
Türkiyənin Qars və Ərzurum şəhərlərində Azərbaycan adına hansı işlər görülüb?xa0xa0
Qars müqaviləsinin imzalandığı vaqonun yeri niyə dəyişdirilib?xa0
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Qars şəhəri istiqamətində tikinti işləri necə aparılır?xa0
Qars valisinin birinci müavini ilə nələri müzakirə etdik?xa0
Bütün bunlar barədə reportajın davamında oxucularımıza məlumat verəcəyik. Bizi izləyin...
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Zülfüqar Hüseynzadə
Tural Səfərov
Bakı-İğdır-Qars-Ərzurum-Bakı




































































































