Yatmaq şəkli cütlüklərin münasibətindən xəbər verir - Bədən dili

Hazırda oxunan: Yatmaq şəkli cütlüklərin münasibətindən xəbər verir - Bədən dili

179280

Cütlüklərin yatmaq tərzi əslində onların əlaqələrinə güzgü tutur.xa0

Moderator.az-ın təqdim etdiyi bu yazıda yatmaq formalarının mənaları ilə tanış olacaqsınız.xa0



Qucaqlaşaraq yatmaq



Bədən dili mütəxəssislərinə görə, bu formada yatmaq sədaqətə, məhəbbətə və qayğıya işarə edir. Adətən yaxşı münasibətinin və ecazkar bir cinsi həyatın sübutudur. Ekspertlərə görə, başınızı həyat yoldaşınızın çiyninə qoyursunuzsa, bu, çox etibarlı bir münasibətə sahibsiniz deməkdir.

Sarmaşaraq yatmaq

57638-uyku-pozisyonu-analizi_d620


Mütəxəssislər bu mövqeyin güclü arzu və şəhvət daşıdığı məsələsində həmfikirdilər. Cütlüklər əlaqələrinin ilk vaxtlarında birlikdə yuxuya gedərkən və ya səmimi anlardan sonra bu şəkildə yatırlar. Sarmaşdolaş yatmaq güclü cinsi arzuların göstəricisidir, amma eyni zamanda bəzi ekspertlərə görə, hər zaman bu şəkildə yatan cütlüklər arasında qısqanclıq problemləri də olur.


Yatağın çox hissəsini zəbt edərək yatmaq

57636-uyku-pozisyonu-analizi_d620


Bu yaxşı bir mövqe deyil, ekspertlərə görə, yatağın əksər sahəsini tutan adam tərəfdaşına qarşı duyğusal yaxınlıq etmir. Bu mövqe həmçinin münasibətin yaxşı bir nöqtədə olmadığına işarə edir. Çünki kiçik sahədə yatan insanın özünə inamı aşağıdır və digər insan hələ də münasibətinin yaxşı getdiyinə inanmır.xa0

Kürək-kürəyə söykənərək yatmaq

57635-uyku-pozisyonu-analizi_d620


Bu vəziyyətdə yatan cütlüklər adətən yatağın onlara məxsus hissəsinə diqqətlə yanaşır, eyni zamanda təması qorumaq istəyirlər. Bu cütlüklər bir-birindən dinamikdirlər və hər iki şəxs də müstəqil olaraq həyatlarına davam edərkən sağlam və nizamlı bir əlaqə içindədirlər. Ekspertlərə görə, bu mövqedə yatan cütlüklər daim bir-birinin mövcudluğuna ehtiyac duymasalar da bir-birinə etimad göstərirlər.xa0

Toxunmadan üz-üzə yatmaqxa0

58474-uyku-pozisyonu-analizi_d620



Bu mövqedə yatmaq tərəfdaşınızı görmək və ya səmimi olmaq istədiyinizə işarədir. Adətən bu cür cütlüklər gündəlik problemlərini daha rahat həll edirlər.

Hər kəs yatağın özünə aid sahəsində, amma ayaqlarla təmasda

57632-uyku-pozisyonu-analizi_d620


Bu vəziyyət insanlar arasında sevgiyə işarə edir, amma eyni zamanda münasibətdə bir az da maraqlı macəraya ehtiyac var. Ekspertlərə görə, bu eşq, ehtiras və münasibət fərqinin kombinasiyasıdır. Ayaqların bir-biri ilə təmasda olması isə tərəflər arasındakı inama işarədir.xa0

Cütlüklərdən birinin digərini qucaqlayaraq yatması

57640-uyku-pozisyonu-analizi_d620

Ekspertlərə görə, qucaqlayan şəxs adətən digərinə rəhbərlik edir və qoruyur. Digər şəxs özünü güvəndə və rahat hiss edir və yəqin ki, qucaqlanmayanda xa0yuxuda özünü inamsız hiss edir. Bu formada yatmaq cütlüklər arasında mükəmməl harmoniyaya işarə edir. Ancaq, bəzən münasibətdə bir qədər inamsızlığa da işarə edir.

Kürək-kürəyə çevrilib ayrı yatmaqxa0

57641-uyku-pozisyonu-analizi_d620


Bu mövqe əlaqənin düzgün getmədiyinin işarəsidir. Bu halda hər kəsin öz azadlığını yaşaması üçün bir az məsafə qoymaq lazımdır. Hər hansı bir əlaqə olmaması bu adamların güclü bir mübahisə yaşadığını və ya tamamilə bir-birindən müstəqil olmaq istədiyini göstərir. Bu vəziyyətdə mövqeyi yaxşıca araşdırmaq lazımdır. Məsələn, əgər əllər qapalı və bədən gərgin isə bu, tərəfdaşınız ünsiyyətə keçmək istəmədiyini göstərir. Hətta bəlkə də tərəfdaşının ətrafında olmaq tamamilə dözülməz bir vəziyyət ola bilər. Əgər bədən rahatdırsa və münasibətdə hər hansı bir gərginlik yoxdursa, bu, digərinə olan hörmətdən xəbər verir.


Hazırladı: Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin