İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin önəminə toxundu, investisiya, ticarət, biznes sahələrində tərəfdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əl...