Bu ilin məzunlarının NƏZƏRİNƏ – Attestat və diplomlarla bağlı YENİLİK
2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub.
Bizim.Media xəbər verir ki, yeni imkan məzunların təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada çıxışını təmin edir.
Hazırda xidmət yalnız my.gov.az portalında aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin “mygov” mobil tətbiqində də əlçatan olması nəzərdə tutulur. Məzunlar elektron sənədlərinə my.gov.az portalında “Təhsil” bölməsinə daxil olaraq “Elektron təhsil sənədlərim” xidmətindən yararlana bilərlər.
Bölməyə keçid etdikdə vətəndaşın adına mövcud olan ...