Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur - VİDEO
Oğuz rayonunun girişində yerləşən istirahət parkı baxımsız vəziyyətə düşüb. 2011-ci ildə istifadəyə verilən park uzun illər rayon sakinlərinin istirahət məkanı kimi fəaliyyət göstərib.
Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, lakin son illərdə ərazidə lazımi qulluq və təmir işlərinin aparılmadığı bildirilir. Parkda çox sayda ağacların quruduğu müşahidə olunur.
Yaşıllıqların suvarılmaması nəticəsində ağacların məhv olduğu qeyd edilir. Ərazidəki hovuzlar da baxımsız vəziyyətdədir. Onlarda su əvəzinə zibil toplanıb, ətrafdakı kafel və örtüklər dağılıb.
Fəvvarələr isə işləmir. Parkda tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan səhnə və digər tikililər də y...