Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq
Təmir işləri ilə əlaqədar oktyabrın 13-də Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə elektrik enerjisi təchizatı qurumu məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda isə saat 09:30-dan 13:00-dək Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov küçələrində, eləcə də Əhmədli yolu və 8-ci, 9-cu dairəvi küçələrin bəzi ərazilərində elektrik enerjisinin verili...