Xaricdə yaşayan caz ifaçısı Ülviyyə Rəhimova yeni klipini təqdim edib.xa0
Moderator.az-ın məlumatına görə, pop-caz üslubunda ifa edilən klip “Sevgi nəğməsi” adlanır. Musiqisixa0 Muxtar Abseynov, sözləri bəstəkarla birgə Nigar Məmmədovaya aid olan klipi Orxan Məmmədli çəkib. Musiqili layihəni isə bütövlükdə Boomerang Label şirkəti ərsəyə gətirib. Çəkilişləri əsasən təbiətdə aparılan klip səmimi abu-havada lentə alınıb və bəşəri sevgi hisslərini yaşayan insanın ruh halını göstərir.
Klipin təqdimat gecəsi də elə mahnıya uyğun hay-küysüz, dost-abu havasındaxa0 vəxa0 media nümayəndələrinin iştirakı ilə keçirilib. Canlı ifaları ilə qonaqlara zövqlü anlar yaşadan Ülviyyə Rəhimovaxa0 bildirib ki, 2010 cu- ildə Avroviziya mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi seçim turunun yarımfinalında iştirakından qısa müddət sonra ailəxa0 qurub və xaricəxa0 köçüb. Bu illər ərzində müğənni bəstəkarlıq fəaliyyəti ilə məşqul olub, üslubuna uyğun mahnılar yazmaqla yanaşı həm də özünəməxsus tərzdə elektron musiqilər bəstələyib. Yeni və fərqli musiqi yaradan bəstəkar-müğənni həyata keçirdiyi layihələrin təqdimatlarını isə məhz doğma vətəni Bakıda reallaşdırıb. “ Sevgi nəğməsi” klipinin çəkilişlərixa0 payızda baş tutsa da, müğənni təqdimatı məhz Bakıya səfəri zamanı həyata keçirməyi planlaşdırıb.
urnalistlərin suallarını cavablandıran Ülviyyə Rəhimova “Rəfiqəniz Dilarə Kazımovaxa0 ilə duet oxumaq planınız varmı?” sualına isə belə cavab verib:
“Biz bunun üzərində bir- neçə ildir ki, düşünürük. Dilarə bu işi mənə həvalə edib ki, uyğun bir musiqi yazım və biz bu duet layihəni də reallaşdıraq. Mən bu məsələ üzərində düşünürəm və inanıram ki, bu layihəni də gerçəkləşdirəcəyik”
xa0 xa0Sonda müğənni media nümayəndələri ilə xatirə fotosu çəkdirib və gələcək musiqili layihələrini də məhz Baklda təqdim edəcəyini vurğulayıb.







































































































