Tolik: “ Müğənniyə niyə pul xərcləməliyəm? Məşhur edəcəyəm, özünə kişi tapıb istirahətə gedəcək. Sonra da deyəcək ki, “Tolik sağ ol”x9d”x9d
Azərbaycan şou-biznesində müğənnilər qədər prodüserlər də məşhurdur. Onlar da müğənnilər kimi qalmaqal yaradaraq, bir-birilərindən küsüb-barışaraq gündəmə gəlirlər. Bəzən isə işbirliklərinə son qoyduqları sənət adamlarının bütün sirlərini media ilə bir edirlər. Bu isə heç də peşəkarcasına deyil. Bütün bu çatışmazlıqların səbəbi bəlkə də prodüserlərin ixtisasları üzrə təhsil almamasıdır. Ölkəmizdə nə prodüserlik məktəbi, nə də universiteti var.
Əslində prodüser kimdir? Prodüser istehsal edən, istehsalçıdır. O, hansısa layihənin maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssisdir. Məsələn: Dünyaca məşhur müğənni Rihanna 15 yaşında olarkən dostu vasitəsilə musiqi prodüseri Even Rogen ilə tanış olub. Prodüsser böyük partnyoru ilə Riannaya ilk studiya yazımlarını həyata keçirməkdə kömək edib. ABŞ-da yazılan mahnı bir neçə kompaniyaya göndərilib. Bu nüsxələrdən biri Jay-Z-yə də gəlib çıxıb və o, Rihanna ilə müqavilə imzalayıb. Beləliklə,müğənninin həyatında sözün əsl mənasında dönüş baş verib və o, dünya ulduzu çevrilib.
Bəs Azərbaycanda prodüserlər hansı işlərlə məşğuldur, müğənninin həyatında hansı rolu oynayır? Ən əsası isə prodüserlər haradan qazanc əldə edir?
Musavat.com saytının əməkdaşı bu suallara cavab tapmaq üçün prodüserlərlə əlaqə saxlayıb.

Prodüser Mədinə Malik şou-biznesin çirkab içərisində olduğunu bildirib: “20 ildir ki, şou-biznesdəyəm. İndi təşkilatçılar da, PR menecerlər də özlərinə prodüser deyir. Şou-biznesimiz gülməli vəziyyətdədir, çirkab içərisindədir. Biz geriyə gedirik, savad artmaqdansa, azalır. Rəhbəri olduğum “Kristal”x9d qrupu şükürlər olsun ki, ancaq səhnədə çalışır. İstəyirəm ki, elə bir şans yaransın ki, şou-biznesə tüpürüb gedim. Şou-biznesdə çox əziyyət çəkirəm.Yaltaqlığı, əyilməyi, kabinetlərə girməyi bacarmıram. Bəzən efirdə elə danışırlar ki, əqidəli yaşadığım üçün utanıram. Çörəyi verən Allahdır. Bəzi “müdiriyyət”x9dlər var ki, onlara mənim kimi prodüser , qrupumdakı kimi qızlar sərf etmir. Mənə restoran rəhbəri zəng edib deyə bilməz ki, “gəl oturub çay içək, dərdləşək”x9d. Şükürlər olsun ki, bu cür hallarla rastlaşmıram. Rəhbəri olduğum qrup müdiri düz yolda olan restoranlarda səhnəyə çıxırlar. Böyük layihələr hazırlayaraq qazanc əldə edirəm. Ruzimiz var. Mən bəziləri kimi 6 aydan bir maşın dəyişmirəm. 20 ildir ki, bu sahədəyəm. 3 dəfə maşın dəyişmişəm, axırıncı maşınımı 7 ildir ki, sürürəm, kreditini ötən ay bitirmişəm”x9d.

Prodüser Təranə Səmədova isə “prodüser”x9dlərin sayının artmasından narahatdır: “Hazırda tanınmaq istəyən müğənnilərə prodüserlər yox, şirkətlər pul ayıra bilər. Biz müxtəlif şərtlər altında gəlir əldə edirik. Bir müğənni ilə çalışmağa başlayanda maaş, yoxsa qonorara görə ödəniş edəcəyini danışırıq. Bizim gəlirimiz müğənninin qonorarından asılıdır. Neçə ildir ki, prodüserlik edirəm. Çalışıram ki, kimisə sıfırdan tanıdım. Başıma gələnlərdən sonra düşündüm ki, müğənniyə sərf etdiyim əziyyət boşdu, insanın zəhmətini yerə vururlar. Çalışdığım müğənnilərin yaradıcılığında mənim təkanım böyük olub. İlk işlədiyim müğənni Günel Ələkbərova olub. Güneli hamı “Pişik”x9d Günel kimi tanıyır. O təzə-təzə efirə çıxanda onu Aygün Kazımovaya bənzədirdilər. Onun “Qısqanıram”x9d mahnısına klip çəkəndə rejissor Şahin Zəkizadə ilə oturub düşündük ki, klipdə Günel pişiyə çevrilsin. Fikirləşdik ki, Güneli “Klipində pişiyə çevrilən Günel”x9d kimi tanıyacaqlar. Amma onu “Pişik”x9d Günel adlandırdılar. Onunla az müddətdə çalışdım. Daha sonra Kərim Abbasovla çalışdım, onun da yaradıcılığında izlərim danılmazdı, sonra ailə qurduq, işbirliyimiz davam etmədi. Bəzi müğənnilərdən ayrılandan sonra onlar şou-biznesdən silindilər. Müğənnilərin yanında disk qoyub-çıxartmaq, zənglərinə cavab vermək prodüserlik deyil. Onları da qınaya bilmirəm, hər kəs anadan prodüser kimi doğulmur. Müğənninin yanında gəzə-gəzə əlaqələrini gücləndirən, özünü tanıdanlar da var”x9d.

Prodüser Tarix Əliyev (Tolik) bildirir ki, prodüserlər fəaliyyətləri haqda dövlət qurumlarına xəbər verməlidirlər: “Özünə prodüser deyənin əvvəlcə VÖEN-i olmalıdır. Fəaliyyəti haqda dövlət qurumlarına xəbər verməlidir. Mənim 2013-cü ildən VÖEN-im var, baxmayaraq ki, uzun illərdir fəaliyyət göstərirəm. Məncə özünə prodüser deyənlər məsuliyyət daşımalıdır. Müğənnilərin yanında çanta daşıyan, evinə bazarlıq edənlər özünə prodüser deyir, mən onları tanımıram. Yoldan keçən də özünə prodüser deyir. Məni Tolik kimi tanısalar, bəsdir. Mən tədbirlərimi təşkil edirəm, işimi görürəm və pulumu qazanıram. Özümü təsdiqləməyimə ehtiyac yoxdur. Mən müğənnini sıfırdan götürüb məşhur etmərəm. Müğənniyə niyə pul xərcləməliyəm? Məşhur edəcəyəm, özünə kişi tapıb istirahətə gedəcək. Nəyimisə satıb müğənnini tanıdacam, özünə sevgili tapan kimi deyəcək ki, “Tolik sağ ol”x9d. Hansı prodüser deyə bilər ki, filan kəsi götürüb məşhur edib? Tanınmamışı məşhurlaşdırmaq əvvəllər var idi, indi isə heç bir prodüser buna qol qoymur”x9d.








































































































