Sənə “öldü” demək günahdır, əsgər!

Hazırda oxunan: SÉ™nÉ™ “öldü” demÉ™k günahdır, É™sgÉ™r!

50898

       Moderator.az  ÅŸair HeydÉ™r OÄŸuzun dünÉ™n gecÉ™ hÉ™yatını VÉ™tÉ™nÉ™ bağışlamış ÅŸÉ™hidlÉ™rimizÉ™ yazdığı ÅŸeirini tÉ™qdim edir. Allah bütün ÅŸÉ™hidlÉ™rimizÉ™ rÉ™hmÉ™t elÉ™sin.

 

Sənə “öldü” demək günahdır, əsgər!

Sən ana Vətənin igid oğlusan.

Torpaq beşiyində sonsuza qədər

Mışıl-mışıl yatan şəhid oğlusan.


Sənə “öldü” demək günahdır, əsgər.

Şəhidlik yazılıb bu gün boynuna.

Sevimli oğlusan ana toprağın,

Bu ana hər oğlu almaz qoynuna.

 

Diri o deyil ki, ey igid əsgər!

Dursun ölənəcən ayaq üstündə.

Diri bÉ™zÉ™n yatar  cÉ™nnÉ™t bağında,

Ölü bəzən gəzər torpaq üstündə.

 

Sənə “ölü” demək günahdır, əsgər!

Şəhid bir günəşdir-tanımaz qürub.

Cismin bir gecəlik növbə tutardı,

Başdaşın əbədi fərağat durub.

 

Səngərdən səngərə gedirsən bu gün;

Məzar da üzəri örtülmüş səngər.

Əbədi keşikdə dayanacaqsan,

Sənə “öldü” demək günahdır, əsgər!

 

Çəkib üzərinə torpaq yorğanı,

Əsgərim, yat, yuxun şirin olsun, qoy!

Sənin al qanını yerdə qoyarsaq

Qəbrimiz qəbrindən dərin olsun, qoy!

 

Sənə “öldü” demək günahdır, əsgər!

Sən ana Vətənin igid oğlusan.

Torpaq beşiyində sonsuza qədər

Mışıl-mışıl yatan şəhid oğlusan.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin