Bakıda yeni muzey inşa edilir – FOTO

Hazırda oxunan: Bakıda yeni muzey inşa edilir – FOTO

637803

Bakının Nəsimi rayonunda, Xaqani küçəsi 9 ünvanında, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binasının yaxınlığında yerləşən və memarlıq abidəsi olan binada yeni incəsənət muzeyi inşa edilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin balansında olan muzeyin 2027-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
 

Hazırda binanın bütün daxili örtükləri sökülüb, yalnız fasad hissəsi saxlanılıb. Görünür, eksponatların yerləşdirilməsinin rahatlığı üçün binanın daxili məkanı yenidən təşkil olunacaq.


Qeyd edək ki, əvvəllər bu binada İraqın Azərbaycandakı səfirliyi yerləşib. (Caliber.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin