Dağıstanda “Neytral zona”x9d- YENİ TAMAŞA

Hazırda oxunan: Dağıstanda “Neytral zona”x9d- YENİ TAMAŞA

127224
Bu günlərdə Rusiya Federasiyasi Dagıstan Respublikasının xa0Dərbənd şəhərinde yerləşən Azərbaycan Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Firuz Mustafanın pyesi xa0əsasında hazırlamış “Neytral zona”x9d tamaşasına baxış keçirilib. xa0xa0

Teatrın Baş rejissoru Ər-Toğrul Kamalovun verdiyi məlumata görə, tamaşaya baxışda Dağıstan Mədəniyyət nazirinin müavini Murad Xabbiboviç, nazirliyin teatrlar üzrə kuratoru Mavled Danialoviç, həmçinin Dərbənd şəhərində yerləşən dövlət teatrlarının direktor və baş rejissorları iştirak etmişlər. Bununla yanaşı, Azərbaycan Respublikası YUÄž Dövlət teatrının rejissoru Mir Sahib Ağazadə və digər teatr xadimləri də tamaşanın ictimai baxışına qatılmışlar.xa0
Daha sonra tamaşa geniş təhlil edilmişdir. “Neytral zona”x9d bəyənilmiş və teatrın repertuar tamaşası kimi təsdiq edilmişdir.xa0
Yeni tamaşanın rejissoru Ər-Toğrul Kamalov, musiqi tərtibatçısı İlqar Kərimov, xa0rəssamı Niade Elimetova, rejissor köməkçisi Hörmət Aslanovdur.xa0

Tamaşada rolları aktyorlardan Hörmət Aslanov, Mahir Məlikov, Cum-Cum Mirzə, Şükufə Məlikova, Zemfira Ağabəyova, Eduard Arazov və xa0İzabella Ağayeva ifa etmişlər.xa0

Yaxın zamanlarda “Neytral zona”x9d tamaşaının premyerası nəzərdə tutulur.
Yeri gəlmişkən, yeni tamaşanın cari ilin oktyabr ayında Maxaçqalada keçiriləcək Beynəlxalq Teatr Festivalında oynanılması fikri də irəli sürülmüşdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin