Britaniyanın “PSY Corporation”x9d şirkəti smartfon və ya planşeti gecəgörmə cihazına çevirən “Snooperscope”x9d adlı cihazın kütləvi buraxılışına başlayıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru”x9d saytına istinadən bildirir ki, “Snooperscope”x9d qurğusu uzunluğu 75 mm, diametri 42 mm olan silindrik formal kiçikölçülü qurğudur.
“Snooperscope”x9d infraqırmızı diapazonda işləyərək qaranlıqda müxtəlif obyektləri görməyə, həmçinin onların fotoşəklini və ya video çəkməyə imkan verir. Cihazın hərəkət uzaqlığı təxminən 10 metr təşkil edir, 1150 milliamper/saat tutumlu daxili akkumulyatorun köməyi ilə enerji toplayır, təxminən 3-4 saat avtonom işləyir.
Cihazı maqnitin köməyi ilə smartfon və ya planşetin arxa panelinə bərkitmək olar: bu halda təsvir “Wi-Fi”x9d vasitəsi ilə mobil qurğunun ekranında yayımlanacaq.





























































































