Qəribə dəfn mərasimləri

Hazırda oxunan: Qəribə dəfn mərasimləri

49628
İnterpress.az xəbər verir ki, müxtəlif inanclara görə ölüləri basdırmaq əvəzinə onları yemək və ya rəqs etmək daha məntiqlidir.

1. Striptizli dəfn mərasimi - Dəfn mərasimində təcrübəli striptizçilər olmasaydı, ölüm çox sıxıcı ola bilərdi. Çinin Donqhay bölgəsində ölən insanın zəngin, şöhrətli və şərəfli olması dəfn mərasiminə gələnlərin sayı ilə ölçülür. Bu səbəbdən də ölən şəxsin yaxınları dəfn mərasiminə insan cəlb etmək üçün təcrübəli striptizçiləri dəvət edirlər. 

Qəribə dəfn mərasimləri - FOTO


2. Ölü ilə rəqs - Madaqasqarlılar ölüləri qəbirdən çıxararaq caz musiqisi sədaları altında rəqs edirlər. Bu hadisə hər 7 ildən bir təkrarlanır və ölənin yaxınları özlərini xoşbəxt hiss edirlər. Adət-ənənəyə görə, bu zaman mərhumun ruhu şad olur.

Qəribə dəfn mərasimləri - FOTO


3. Göydə dəfn - Tibetdə buddistlər VII əsrdən bu günə kimi ölüləri bellə hissələrə ayırıb dağlarda kərkəs ( ölüyeyən ) quşlara atırlar. Quşların yediyi insanın ruhunun onlarla bərabər səmada pərvaz edəcəyinə inanırlar.

Qəribə dəfn mərasimləri - FOTO


4. "Tana Toraja" cənazəsi ”“ İndoneziyanın Tana Toraja bölgəsində dəfn mərasimləri toy mərasimi qədər vacib sayılır. Mərasimdə musiqi çalınır, rəqs edilir və dəvətlilərə yeməklər təqdim olunur. Bu mərasimi hazırlamaq da asan başa gəlmir. Əvvəlcə ölü kəfənə bükülür və evində saxlanılır. Mərasim üçün hazırlıqlar başlayır. Bu hazırlıqlara bəzən həftələr, bəzən aylar, hətta illərlə vaxt sərf edilir. Bu vaxt ərzində isə yaxınları mərhum ilə söhbət edir. Mərasim vaxtı çatdıqda isə çürüyən meyidi tabuta qoyub yaxınlarının istəyinə görə, qəbir, mağara ya da qayalıqlarda dəfn edirlər.

Qəribə dəfn mərasimləri - FOTO


5. Göz alıcı ölüm - Sevdiyiniz, dəyər verdiyiniz insan vəfat edibsə, onu barmağınızda xatirə olaraq saxlaya bilərsiniz. Necə? "LifeGem" adlı Amerika firması ölüləri yandırdıqdan sonra onların küllərindəki karbon atomlarından üzük düzəldir. Həyat yoldaşının külündən qol düymələri, babasından sırğa, qohumlarından üzük düzəltdirənlər var.

Qəribə dəfn mərasimləri - FOTO


6. Fantastik tabutlar - Əgər Elvis Presli Qananın Teşi bölgəsində vəfat etsəydi, əmin olun ki, gitara tabutun içində dəfn olunacaq idi. Bu bölgədə yaşayan insanlar vəfat etdikləri zaman fərqli tabutlarla dəfn olunur. Tabutların içinə “Cola” şüşələri, müxtəlif meyvələr və xeyli cihaz qoyulur .

Qəribə dəfn mərasimləri - FOTO


7. Ölü əti yemək - dəfn mərasimlərinin içində ən pisidir. Ölüyə hörmət əlaməti olaraq onun ətini yeyirlər. Avstraliyada yaşayan diyerlər vəfat edən qohumlarının üz, əl, ayaq və qarınlarının yağlı hissələrini yeyirlər. Cənubi Amerikada meşələrdə yaşayan və sürətlə çoxalan Quayaki ( Paraquvay ), Yanomami ( Venezuella ) sakinləri arasında insan əti yemə adəti hələ də həyata keçirilir. 

Qəribə dəfn mərasimləri - FOTO


8. Özünü mumyalama - Yaponiyadakı rahiblər özlərinə Sokuşinbutsu adını verirlər. Rahiblər, sadəcə, intihar etmirlər, həm də özlərini mumyalayırlar. Əvvəlcə, meyvə və çərəzlər yiyərək bədənlərində olan yağları yandırırlar. Daha sonra isə zəhərli mayelər içərək qusur, bədənlərində olan mayeni boşaldırlar. Sonda isə daşdan hazırlanmış tabutun içinə girir və ölməyi gözləyirlər. Kütləvi halda keçirilən mərasimdə hər gün rahib onların ölmədiyini bildirən işarə verir. Əgər, işarə gəlmirsə, demək, artıq içindəki ölüb və tabut möhürlənir. 100 gün keçdikdən sonra tabut açılır və mumya yoxlanılır. 

Qəribə dəfn mərasimləri - FOTO


9. Ölümü tezləşdirmək - Xərçənglə mübarizə aparan Vimla Devi adlı hindistanlı qadın 2006- cı ildə dünyadan köçüb. Amma xərçəngdən deyil, o , hindu inanclarına görə tutulan "Prayopavesa" adlı ölüm orucundan vəfat edib. Prayopavesa arzulardan qurtulmuş, ehtirasını yox etmiş, həyatda heç bir məsuliyyəti qalmayan insanlar üçündür.

Qəribə dəfn mərasimləri - FOTO


10. Zərdüştlər - Zərdüştlük dini ən qədim təkallahlılıq dinidir. Zərdüştlər Yer kürəsinin insan qalıqlarıyla korlanmasının əlehinədir. Ölüləri dəfn etmək əvəzinə üstüaçıq quyulara atırlar. Zərdüşt dininə inananların dünyada 250000-ə çatdığı ehtimal olunur.

Qəribə dəfn mərasimləri - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin