İbn Sina ölü dirildən dərmanı necə hazırladı- RƏVAYƏT

Hazırda oxunan: İbn Sina ölü dirildən dərmanı necə hazırladı- RƏVAYƏT

134029
Şərqin böyük alim və mütəfəkkirlərindən biri sayılan “böyük təbib”x9d ləqəbli İbn Sina  haqqında xeyli əfsanələr dolaşır. Qərb dünyasında Avissenna kimi tanınan həkim-filosof  həm yaşadığı müddətdə (X-XI əsrlər), həm də ondan sonra böyük müdrik olmaqla bərabər, əfsanəvi şəxs kimi də tanınırdı. 

Moderator.az böyük təbib barəsində uzun əsrlərdi ki, Şərqdə məşhur olan bir rəvayəti təqdim edir. Bu rəvayətdə İbn Sinanın təbib kimi böyüklüyü önə çıxarılır. “40-cı şüşə”x9d adlanan əhvalat İbn Sinanın ölümündən sonra məşhurlaşdı:

Heç önun özü də bilmirdi ki,  öləndən sonra  təbib kimi gücünü əks etdirəcək əsas rəvayət dildən-dilə gəzəcək. Hamı qırxıncı şüşədən danışacaq. 

Rəvayət olunur ki, İbn Sina mədə xorasından müalicəni gecikdirdiyi üçün bağırsaqları yara basır. Dərman hazırlamaq istəsə də bunun  artıq  gec olduğunu anlayır. Odur ki, 40 şüşə qabda dərman hazır edərək tələbəsi Cüzcaniyə verir. Tapşırır ki, bu 40 şüşəni ardıcıllıqla və xüsusi üsulla öləndən sonra onun üzərinə çəksin. Sirli məhlullar get-gedə onu sağaldacaq və nəticədə qırxıncı şüşənin istifadəsindən sonra İbn Sina diriləcəkdi. Hər halda rəvayətdə belə deyilir. Şagirdi İbn Sinanın ölümündən sonra onun dediklərini edir. Hər gün cəsədin nəinki pozulduğunu əksinə get-gedə yaxşılaşdığını görür. İş o yerə çatır ki, sonuncu qırxıncı şüşədə ölünün diriləcəyi fikrincən qorxuya düşən şagirdin əlləri əsir və  şüşə yerə düşərək sınır”¦”x9d
Deyilənə görə, əgər həmin xəta olmasa idi İbn Sina insanların ömrünü ən azı bir neçə dəfə uzadacaq bir məhlulu bəşəriyyətə hədiyə edəcəkdi.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin