“Bəlkə daşı-divarı bəzəmək yerinəxa0 ayağımızın altını bərkidək?..- Axı çökürük!..”

Hazırda oxunan: “Bəlkə daşı-divarı bəzəmək yerinəxa0 ayağımızın altını bərkidək?..- Axı çökürük!..”

254239

...Bir gün Kəbə Evinin hacibləri(qapıçı, xidmətçi)xa0 dövrün xəlifəsixa0 Ömər ibn Əbdüləzizin(717-720-ci illər) qəbuluna gələrək müraciət edirlər ki, özündən öncəki xəlifələr kimi Kəbənin yeni, daha bər-bəzəkli, bahalı örtüyünün hazırlanması və bunun üçün pul ayrılması barədə əmr versin. Xəlifə onlara belə cavab verir:

xa0

-Mən hesab edirəm ki, Kəbənin örtüyünə xərclənəcək məbləğ ac qarınlarıxa0 doyuzdurmaq üçünxa0 xərclənməlidir. Çünki bu iş Allah Evinin örtüyündən də vacibdir...


Tarixi faktlar da göstərir ki, dünyaya məhz bu cür, əsl müsəlman hökmdarı kimi yanaşması sayəsində xəlifə Əbdüləzizin apardığı iqtisadi islahatlar nəticəsində əhalinin yaşayış səviyyəsi qalxdı və xilafətdə praktiki olaraq miskin qalmadı. İnsanlar elə yaxşı yaşayırdılar ki, zəkat verməyə yoxsul tapmaq çətin olurdu. Məmur özbaşınalığını aradan qaldırmaq üçün o, bütün dövlət məmurlarının məvacibini qaldırdı. Bundan əlavə, xilafətin bütün əyələtlərinə Ömərin bu əmri göndərilmişdi: "Kimə zülm edilibsə, yanıma icazəsiz girsin". Maraqlısı budur ki, qanun şikayətçinin məsаfədən asılı olaraq, 100 dirhəmdən 300 dirhəmə qədər olan yol xərclərinin ödənilməsini də nəzərdə tuturdu...

Alim və tədqiqatçılar tam təminata götürülmüşdülər. Ömər hesab edirdi ki: " Maliyyə problemləri elmi axtarışları yayındırmamalıdır".

Ömər ədalətsiz idarə edənləri və dövlət vəsaitlərini israf edən əmir və məmurları vəzifədən kənarlaşdırırdı. Dinindən asılı olmayaraq borclu olan hər xilafət sakini dövlətin təşkil etdiyi xüsusi fondların hesabına borcunun verilməsi zəmanətini alırdı. Ailə qurmaq istəyib, buna imkanı olmayan hər kəs xəzinədən lazımi məbləği alırdı... Və s. və i.a.

xa0

...Bu gün dünyada və təəssüf ki, daha çox bir sıra müsəlman hesab edilən ölkələrdəxa0 o qədər israfçıılığa, yersiz, mənasız xərclərə yol verilir ki...xa0 Vaxtilə xəlifə Ömər ibn Əbdüləzizin xilafətdəki acları doyurmağıxa0 örtüyünü dəyişməkdən üstün tutduğu Kəbənin ətrafında nə qədər möhtəşəm tikililər ucaldılıb, neçə məscidlər, müqəddəslərin məzarları qızıla, brilyanta bəzlənib. Ammaxa0 Fələstində, Yəməndə, Suriyada, Əfqanıstanda, İraqda, Liviyada, neçə-neçə Afrika ölkəsində və s. milyonlarla müsəlman, körpə, uşaq, qadın, qoca aclıqdan, susuzluqdan əzab çəkir, dünyasını dəyişir... Yəməndə müharibədən, aclıqdan, susuzluqdan, xəstəlikdən zülmlər çəkən binəva müsəlmanın nəyinə lazımdır ki, Dubaydaxa0 Bürc xəlifəsi, Malayziyada filan göydələnxa0 dünyada ən uca tikililərdir...

xa0

Nə yazıqlar ki, Azərbaycan da Şərq dünyasını da ağuşuna almış bu mənasız zahiri gözəllik yarışmalarından kənarda qalmır... Elə hər şey qadınlarımızın gözəlliyinə münasibətdən başlayır. Türk, müsəlman qadınlarını lütləndirib milyonlarla yad kişinin önünə çıxarırıq ki, bunlar arasında “ən gözəl”ini seçin... Amma batini gözəllik çoxumuzu əsla maraqlandırmır; şəhvət və şöhrət hissi hər şeyi üstələyir...

xa0

Halbuki, ön planda xalqın dolanışığı və mənəvi yüksəlişi olmalıdır. Əgər rayonda yaşayan bir yoxsul ailə sahibi ayda xa080-100 xa0manata qənaət edib xa0uşağı ilə bərabər Bakı bulvarına gəlib xa0Bayraq meydanına gedə bilmirsə, onun nəyinə lazımdır ki, burada ucaldılmış Azərbaycan bayrağı dünyada ən ucalardan biridir və ya paytaxtımızdakı yolka MDB məkanında ikincidir... (Hələ Bakının özündə yaşayanların xeyli hissəsi də ayda-ildə bir dəfə övladlarıyla şəhərə gəzməyə çıxmağa cürət edir)...

xa0

Yaxud, 30 ilə yaxındır, torpağını, dədə-baba evinin xarabalığını, dağını, meşəsini, çəmənini görmək eşqi ilə ürəyi infarkt olan vətənpər qaçqının, köçkünün paytaxtdakı 33(!) mərtəbəli “alov qüllələri”nin möhtəşəmliyi, gözəlliyi nəyinə gərəkdir... xa0Onu maraqlandırmır ki, bayrağımız dünyada ikinci, yolkamız MDB-də ikinci yeri tutur. Ona Murovun, Dəlidağın, Kirsin,xa0 İşıqlı dağın, Hoçazın, Sarıbabanın, Ziyarət dağının gözəlliyi lazımdır... O qaçqın da, ölkəmizin hər bir qeyrətli vətəndaşı da xa0həmin Azərbaycan bayrağının adı çəkilən zirvələrdə dalğalanacağı günü gözləyir...

xa0

Əlbəttə, şəhərlərə, o cümlədən Bakıya zahiri gözəllik, təmizlik gərəkdir. Şəhər xaricdən gələn qonaqları cəlb etməlidir ki, büdcəmizə gəlir gətirən turistlərin sayı artsın. Fəqət, öncə ac qarınları doyurmaq gərəkdir. Bayrağımızın, göydələnlərimizin xa0ucalığından öncə mənəviyyatımızın, əxlaqımızın, həmçinin, qazancımızın, maaşımızın yüksəkliyixa0 vacibdir... Və Allah gözəlliyi, təmizliyi sevsə də, israfçılığı, haramçılığı sevmir...

xa0

Son 15-20 ildə Azərbaycandaxa0 vacib, əhəmiyyətli tikinti, təmir işləri ilə yanaşı, kifayət qədər lazımsız, yersiz xərclərə dəxa0 yol verilib və bu gün dəxa0 həmin tendensiya davam edir. Təəssüf ki, burada korrupsioner məmurların haram gəlir götürmək üçün məsələn, yolların asfalt, səkilərin daş örtüyünün uzaqbaşı, 2-3 ildən bir dəyişdirilməsinə şərait yaratmaq, filan tikintinin tenderini udub oradan milyonlar “qatlamaq” marağı da özünü göstərir...xa0

xa0

Hansısa yüksək vəzifəli məmur bizimlə razılaşmırsa, buyursunlar, dərviş-libas olaq, yanımıza da bir neçə neytral, obyektiv,xa0 gözükölgəli olmayan xarici mütəxəssis götürək və Bakıdan başlayaraq şəhərlərimizi, yollarımızı, küçələrimizi, səkilərimizi gəzək, binalarımıza, parklarımıza və s. bir-bir baxaq və harada israfçılığa, artıq xərclərə yol verildiyini göstərək...

xa0

Məlumunuz olsun ki, biz sözü kimlərəsə yarınmaq, kimlərəsə bədxahlıq etmək niyyəti ilə deyil, yalnız Allah rizası üçün deyirik. Bəli, şükür Allaha, Azərbaycanda yaxın ətrafdakı Suriya, İraq, Əfqanıstan və s. kimi xaos, qırğın hökm sürmür. Amma kifayət qədər problemlər var. xa0Sözsüz ki, ən böyük problem torpaqlarımızın işğaldan azad edilməsidir. Bunu da xa0beynəlxalq güclərin ümidinə buraxmışıq.xa0 Amma digər problemləri müstəqil(!) ölkə kimi özümüz həll etmək iqtidarındayıq. Bunlar əsasən xa0mənəvi və iqtisadi, kommunal sahələrdədir. Mənəvi-əxlaqi sahəyə dəyər vermək üçün televiziyalardakı verilişlərə, barlardakı, gecə klublarındakı, otellərdəki, sauna, massaj salonlarındakı və s. hoqqalara baxmaq kifayərdir. Demək olar ki, 30-40 ilin Azərbaycanı ilə müqayisədə ciddi çöküş gedir...xa0

xa0

İqtisadi sahədə neft-qazdan gələn gəlirləri,xa0 bayrağımızın, yolkamızın ucalığını müəllimin, həkimin, alimin və s. zəhmət haqqı ilə, eləcə də aqrar sahənin inkişafı ilə obyektiv müqayisə etsək, yenə çöküş getdiyini görərik...

xa0

Kommunal sahədə son onilliklərdə xeyli texnoloji uğurlar əldə edilib. Amma paytaxta və digər iri şəhərlərimizə, rayon mərkəzlərinə bir az yağış, qar yağan kimi “yeraltı” problemlər üzə çıxır. Yəni, yağış kanalizasiya sistemi ölkədə bərbad vəziyyətdədir...

xa0

O günləri Sumqayıtda 50-60 ildi təmir olunmamış, dəyişdirilməmiş kanalizasiya xətləri ucbatından çökən bir yolu görəndən sonra bir daha əmin oldum ki, bu sahədə sözün əsl mənasında çökürük. Belə hallar son illər, son aylar Bakıda da dəfələrlə baş verib... Odur ki, beynimə ani olaraq bir çağırış gəldi: “Bəlkə üz-gözümüzə, üst-başımıza, çölə-bacaya, daşa-divara bəzək vurmaq yerinə, ayağımızın altını bərkidək. Axı çökürük!..”

xa0

Bunu sadə, ibtidai savadlı bir vətəndaş, dağda çoban xa0da anlayır ki, qeyd etdiyimiz lüzumsuz tikililər-filanlara, təmirlərə, korrupsiya əməliyyatlarına,xa0xa0 hər bayramda-tədbirdə göyə sovrulan atəşfəşanlıqlara çəkilən milyonlar hesabına şəhərlərimizin kanalizasiya sistemini də yüksək səviyyədə qurmaq, eləcə də rayonlarda kənd təsərrüfatının inkişafına, xa0maaşlarımızın, pensiyalarımızın indikindən azı 3 dəfə çox artımına nail olmaq mümkün idi. Yəni həm gerçək, həm məcazi mənada ayağımızın altını bərkidə bilərdik...

xa0

Məddahlar, yaltaqlar baş qaldıra bilər ki, əşşi, bunlar kimdir e, gözləri Azərbaycanın inkişafını götürməyən xarici, daxili güclərlə əlbirdirlər. Möhtərəmlər, İmamlardan biri buyurur ki, mənim əsl dostum günahlarımı, səhvlərimi gizlədərək məni yalandan tərifləyən yox, onları üzümə söyləyib məni doğru yola yönəldəndir...xa0 Bizlər üçün Allahdan sonra ən yaxın dost dövlətimiz, xalqımızdır. Odur ki, gördüyümüz, anladığımız nöqsanları deməyi özümüzə borc bilirik... Gerisi isə təqdiri-ilahidir... Və sizin dediyinizin əksinə, ölkədəki səhv və nöqsanları, günahları, haramçılıqları, korrupsiya, məmur özbaşınalığı və s. hallarınıxa0 gizlətdikcə onlar toplaşaraq düşmən güclərin əlində ölkədə xa0xaos yaratmaq üçün partadılacaq "bomba"ya çevrilir...xa0xa0xa0xa0xa0

xa0

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin