Şəmkirdə tanışlar arasında dava

Hazırda oxunan: Şəmkirdə tanışlar arasında dava

183937
Şəmkir rayonunadə baş vermiş dava zamanı 28 yaşlı oğlanın burnu sınıb.

“Report”x9dun məlumatına görə, hələlik bilinməyən səbəbdən yaranan mübahisə zəminində tanışlar arasında əlbəyaxa dava düşüb.

Hadisə zamanı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndinin sakini, 1989-cu il təvəllüdlü İsayev Ramil İsa oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan gəncin həm də burnunun sındığı məlum olub. Travmatologiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, mübahisə zəminində qarşı tərəfdən də 1 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Lakin o, hadisə yerindən qaçaraq xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin