"Onlar təmsil etdiyim şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymaqla məşğuldurlar"

Hazırda oxunan: "Onlar tÉ™msil etdiyim ÅŸÉ™xsin ÅŸÉ™rÉ™f vÉ™ lÉ™yaqÉ™tini lÉ™kÉ™lÉ™yÉ™n mÉ™lumatlar yaymaqla məşğuldurlar"

174398








Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində AR CM-nın 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılan Rahib Hüseynov və onun vəkili tərəfindən keçmiş qaynatası barəsində bəzi Kütləvi İnformasiya Vasitələrində bu günlərdə xa0yayılmış məlumatlarla bağlı R.Hüseynovun qaynatasının vəkili Azər Quliyev Kanal24-ə mövqe bildirib.

xa0

Moderator.az xa0Kanal24-əistinadən vəkilin rəsmi mövqeyini olduğu kimi təqdim edir:

"Qeyd edirəm ki, KİV-də Rahib Hüseynov, onun atası və anası tərəfindən təmsil etdiyim şəxs barəsində yalan olduğunu bilə-bilə yaydıqları böhtanlara əvvəlcə cavab vermək fikirimiz olmasada son həftələrdə yayılan böhtanlara münasibət bildirmək qərarına gəldik. Çünki onlar bu gündə qanuna zidd hərəkətklərini davam etdirərək ictimaiyyəti çaşdırır, təmsil etdiyim şəxsin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatları yaymaqla məşğuldurlar.

Sual yaranır ki, bu şəxslər nədən son həftələrdə aparılan istintaqda və məhkəmədə deyil, məhz KİV-də fəallıq edirlər? Hesab edirəm ki, əvvəla istintaqda və məhkəmədə deyilənləri təsdiq etmək üçün sübutlar təqdimxa0 etmək tələb olunur. KİV-də isə belə bir tələbə ehtiyyac yoxdur. İkincisi isə böhtanları yayıb təmsil etdiyim şəxsə qanunsuz təsir etməklə ona kömək olunmasına nail olmağa və eyni zamanda özlərini qurban kimi göstərməyi hədəfləyiblər.xa0 Onu da qeyd edirəm ki, bu işin istintaqının başlandığı 2013-cü ilin avqustundan son həftələrə qədər Rahib Hüseynov, onun vəkili, atası və anasıxa0 inzibati orqanlara verdiklərixa0 şikayətlərində, izahatlarında, ifadələrində, müraciətlərində təmsil etdiyim şəxsin adını heç vaxt, hər hansı bir halla bağlı çəkməyiblər.

Rahib Hüseynovun səlahiyyətli orqanlara ünvanladığı və öz xətti ilə yazdığı 29.10.2016 cı il tarixli və notariat qadasında təstiq etdirdiyi 31.10.2016 cı il tarixli ərizələri vardır. Həmin ərizələrdə göstərir ki, düşdüyü vəziyyətlə əlaqədar təmsil etdiyim şəxsin və ailə üzvlərinin heç bir iştirakı olmayıb. Gələcəkdə təmsil etdiyim şəxsə və ailə üzvlərinə qarşı heç bir əmlak və pul tələbim yaxud şikayətim olmayacaq, əgər şikayət edərsə məsuliyyət öz üzərinə düşür.R. Hüseynov bu ərizəsini sərbəst olaraq öz iradəsi ilə notariusun hüzurunda imzası ilə təsdiq etmişdir.

Onuda qeyd edirəm ki, təmsil etdiyim şəxs barəsində böhtan yayan şəxslər adiyyəti üzrə məhkəmədə xüsusi ittiham qaydasında şikayətə cavab verməli olacaqlar.

Sonda vəkil Kanal24-ə Rahib Hüseynovun öz xətti ilə yazdığı çox saylı yazıların və notariusda təsdiq olunmuş ərizələrin bir hissəsini təqdim edərək bildirdi ki, bu yazılarla ictimaiyyət tanış olmalı Rahib və onun komandasının əsl niyyətlərini bilməlidirlər.

xa0

YAZILARIN FOTOLARINI TÆx8fQDİM EDİRİK:


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin