“Türkiyənin dostları sözdə deyil, əməldə yanımızda olmalıdır”x9d

Hazırda oxunan: “Türkiyənin dostları sözdə deyil, əməldə yanımızda olmalıdır”x9d

122326
Türkiyə müttəfiqlərini səhv yoldan döməyə çağırdı.

Moderator.az xəbər verir ki, bu fikri Türkiyənin Elm, sənaye və texnologiyalar naziri Fikri İşıq jurnalistlərin sualarını cavablandırarkən deyib. 

“Biz PYD və YPG-ni bir terroçu təşkilat kimi görməyənləri, o cümlədən müttəfiqlərimizin mövqelərinin dəyişməsini istəyirik.Terror kimsəyə fayda gətirməyib və terrorla hansısa  nəticə əldə olunmayıb. O baxımdan da  Türkiyənin müttəfiqlərindən bu yanlış yoldan dönmələrini təmənna edirik”x9d, - deyə nazir Fikri İşıq deyib.

Nazir əlavə edib ki, Türkiyədə həyata keçirilən terrorun iki hədəfi var. “Birincisi, daxildə qorxu yaradaraq məqsədlərinə nail olmaq, ikincisi də, Türkiyənin bölgədə baş verən proseslərə müdaxiləsinin qarşısını almaq. Şükürlər olsun ki, terrorçular bu məqsədlərinə nail ola bilmədilər. Əksinə, xalq qorxmadı və daha da bir olub bu olaylara qarşı daha sərt cavab verməsini hökumətdən tələb etdi. İkinci məsələyə gəldikdə isə deyə bilərəm ki, bölgədə baş verən hadisələrə Türkiyənin  mövqeyi bəllidir və bu mövqeyindən geri çəkilən deyil.”x9d

Ədalət naziri Bəkir Bozdağ isə deyib ki, Ankaradakı terrorla bağlı ciddi məlumatlar əldə etməkdəyik. “PYD PKK-nın bir qoludur və terrorçu təşkilatdır.Terroru kim həyata keçirirsə keçirsin, onunla mübarizədə hamı bir olmalıdır. Türkiyənin dostları da PKK və PYD terrorçu təşkilatları ilə mübarizədə bizim yanımızda olmalıdrılar. Bu sözdə deyil, real işdə özünü göstərməlidir”x9d, - deyə B. Bozdağ vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin