Taleh Ziyadov: Bakı limanı nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək

Hazırda oxunan: Taleh Ziyadov: Bakı limanı nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək

127532
Dövlət başçısı İlham Əliyevin ötən gün imzaladığı Bakı limanında azad iqtisadi ticarət zonasının yaradılması barədə sərəncam bizim “HUB”x9d (mərkəz) strategiyamızın əsas tərkib hissəsidir.xa0

Bu sənəd Bakı limanı və onun ətrafında azad zona kimi xüsusi iqtisadi ticarət zonasının yaradılması Bakı limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoymuş olur və bu işə təkan verir.xa0

Moderator.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”x9d QSC -nin icraçı direktoru Taleh Ziyadov bildirib.xa0

Onun sözlərinə görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”x9d QSC və İqtisadiyyat Nazirliyi ilə birgə qarşıdakı altı ayda beynəlxalq mütəxəssisləri cəlb etməklə, lazımı hüquqi baza hazırlayacaq:xa0

“Ümidvarıq ki, bu zona gələn ildən tam fəaliyyət göstərəcək. Dünyanın Dubay, Honkonq, Sinqapur, Şanxay kimi hənəng nəqliyyat-logistika mərkəzinə çevriləcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin