“Əjdahalar” “canavarlar”ı “yedi” - VİDEO

Hazırda oxunan: “Əjdahalar” “canavarlar”ı “yedi” - VİDEO

261900
UEFA Çempionlar Liqasında dördüncü 1/4 finalçı komandanın adına aydınlıq gəlib.

Bu, Portuqaliya çempionu “Portu” olub.xa0

Səfərdə “Roma”ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, “əjdahalar” öz meydanında əsas vaxtda eyni hesabla qalib gələrək matçı ekstra tayma daşıyıb. Burda isə “Qalatasaray”dan tanıdığımız braziliyalı müdafiəçi Aleks Telesin 117-ci dəqiqədə penaltidən vurduğu qolla “Portu” hesabı 3:1 edib.xa0

Bununla da penaltilərə ehtiyac duyulmayıb və “Portu” ötən ilin yarımfinalçısı “Roma”nı turnirdən kənarlaşdırıb.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin