"Sovetski"-də içərisində uşaq olan evi bulduzerə verdilər

Hazırda oxunan: "Sovetski"-də içərisində uşaq olan evi bulduzerə verdilər

51518
Bakının “Sovetski” adlanan ərazisində evlərini müəyyən edilmiş şərtlərlə sökülməsilə razılaşmayan sakinlərin mənzillərinin söküntüsünə başlanılıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin tapşırığı ilə sözü gedən yerdə söküntü işlərinə ağır texnikalar cəlb edilib.

Ərazidə olan icra başçısı İbrahim Mehdiyev narazı olan sakinlərin polisə aparılması tapşırığını verib. Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, “bulduzer”ə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin