Cəlilabadda bomba həyəcanı - FOTO

Hazırda oxunan: Cəlilabadda bomba həyəcanı - FOTO

50244
Ötən gün Cəlilabadda bomba həyəcanı yaşanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Hüseyin Cavid küçəsində baş verib.

Belə ki, küçədə qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyyat hissəsi olduğunu zənn edrək, onu evlərinin yaxınlığına aparıblar.

Lakin küçədə yaşayan Rafət Məmmədovun diqqətini cəlb edən bu əşya sən demə tank əlieyhinə partlamamış mina imiş.

Dərhal hadisə yerinə çağrılmış rayon polis şöbəsinin və Fövəladə Hallar Nazirliyinin yerli bölməsinin əməkdaşları ərazini nəzarətə götürüb. Sakinlər ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə gəlmiş Daxili Qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyilə patlamamış hərbi sursat ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, tapılan mina 150 metr radisundakı yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünü malik olub.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin