Ölümün insafı yox, vaxtlı, ya vaxtsız gəlir...

Hazırda oxunan: Ölümün insafı yox, vaxtlı, ya vaxtsız gəlir...

212755
Həmyerlim, həmdərdlım və məsləkdaşım t.ü.f.d., travmatoloq Sabir Mirzəyevin vaxtsız vəfatından kədərlənərək...
Ölümün insafı yox,
Vaxtlı ya, vaxtsız gəlir.
Seçmir quldur, ağadır,
Baxtlı ya, baxtsız, gəlir.

Bir üzə gülməyi yox,
Özünün ölməyi yox.
Kimsənin köməyi yox,
Gəlir, allahsız gəlir.

Hər cür ünvana varır,
Fidanları qoparır.
Yaxşıları aparır,
Gəzir silahsız, gəlir.

Baxmır hansı məqamdı,
Qocadı ya, cavandı.
Dosta canımız yandı,
Necə insafsız gəlir.

Duymadı, yaş tökmədi,
Doymadı, göz çəkmədi.
Bircə adam əkmədi,
Bəhrəsiz, barsız gəlir.

Vaxtı çatdı, nə insaf,
Bəxşiş almır nainsaf.
Sən də, hazır ol, Zərraf,
Əzrail arsız, gəlir...

Bakı. 13. 02. 2018.
Allah sənə rəhmət eləsin, əziz dostum! Məkanın cənnət olsun! Ailənə, qohumlarına, dostlarına, səni sevənlərə Allah səbr versin! Bu dunya duracaq yer deyil!...

Zərraf Şirinov,xa0
Kəlbəcərin tanınmış ziyalısı, şair və hamının dadına çatmağa tələsən peşəkar cərrah
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin