Məlum olduğu kimi, prezident İlham Əliyev Bakıda baş verən yanğınla bağlı yaradılan Dövlət Komissiyasının ilk iclasındakı çıxışı zamanı dövlət məmurlarının ünvanına kəskin ittihamlar səsləndirib:
“Son vaxtlar böyük
pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini
dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq.
Vəzifəli şəxslərin ailə
üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq
edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən
çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru,
böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır.
Cinayət törətmisənsə, get, cəzasını çək”x9d.
Prezidentin məlum
toplantıdakı çıxışı cəmiyyətdə, xüsusilə də ictimai-siyasi dairələrdə heç də
birmənalı qarşılanmayıb. Xüsusilə də müxalif siyasilərin bir çoxu hesab edir
ki, ölkə başçısının sadaladığı nöqsan və qüsurlara görə ən böyük məsuliyyət elə
onun özünün üzərinə düşür.
Bununla bağlı Moderator.az-a
açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli də bütün nöqsan və
çatışmazlıqlara görə ali siyasi hakimiyyətin məsuliyyət daşıdığını vurğuladı:
“Azərbaycanda bu gün dəhşətli
kriminal bir rejim formalaşıb. Bu kriminal rejimin başında da kimlərin
dayandığı bəllidir. Bir şeyi xatırlatmaq istəyirəm. Gürcüstanın prezidentiykən
Mixail Saakaşvili Bakıya gəlmişdi. Jurnalistlərdən biri ona sual verdi ki, cənab
prezident, Gürcüstanda rüşvətin qarşısını necə aldınız? O da cavabında dedi ki,
“ya ne bral”x9d. Məsələnin mahiyyəti budur. Atalarımız boşuna deməyiblər ki, balıq
başından qoxar. Əgər İlham Əliyev dediklərində səmimidirsə, gerçəkdən də onun
bütün bu dəhşətlərdən xəbəri olmayıbsa, bu özü də Azərbaycanın bədbəxtçiliyidir.
Deməli, onda belə çıxır ki, məmurlar İlham Əliyevi qəti saymırlar. Əgər İlham
Əliyev Azərbaycan üçün iş görmək istəyir və bu məmurlar ona mane olursa, bu məmurların
hamısını istefaya göndərməli, buna da gücü yetmirsə, istefa verib müxalifətə
keçməlidir”x9d.
Fidan İmranlı






























































































