“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən hansısa müsbət nəticə gözləmirəm”.
Bunu Moderator.az-a
açıqlamasında
millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu dəfə danışıqlara
prosesindən qaçmağa çalışacaq:
“Anacaq yalançı bəyanatlar
verərək hər vəchlə status-kvonu qoryub saxlamağa çalışacaq”.
A.Mollazadə deyib ki, beynəlxalq təşilatlar və dünyanın
nüfuzlu ölkələri məsələ ilə bağlı ortalığa ciddi mövqe qoyub, Qarabağ
probleminin həlli istiqamətində Ermənistana sanksiyaalr tətbiq etməyənədək bu
ölkə öz destruktiv mövqeyini davam etdirəcək.
“Bəzi mətbuat orqanlarında görüşün yekunu kimi bəyannamənin
imzalanması gözlənilir” sualına cavab olaraq deputata bildirdi ki, belə
bəyannnamələr çox olub və heç birinin də nəticəsi olmayıb:
“Beynəlxalq təşkilatlar, xüsusən də vasitəçilər artıq ciddi addımlar
ataraq münaqişənin həllinə nail olmalıdırlar. Artıq boş bəyanatlar vermək vaxtı keçib. Ermənistan tərəfinə ciddi
təzyiqlər edilmədiyindən, beynəlxalq təşklilatların münaqişənin nizamlanması
ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur və cığallıq edir. Əgər
danışıqlarda nəticəszilik prosesi davam edərəsə, o zaman beynəlxalq
təşkilatlara olan inam itəcək və bölgədə sülh və sabitlik təhlükə altında
qalacaq.”



































































































