Vidadi Mirkamal hamını “Azadlıq” qəzetinə köməyə səslədi

Hazırda oxunan: Vidadi Mirkamal hamını “Azadlıq” qəzetinə köməyə səslədi

50850
Milli Şuranın üzvü, tanınmış hüquqşünas, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal Moderator.az-a açıqlamasında “Azadlıq “ qəzetinin Azərbaycan Nəşriyyatına olan borcuna görə çapını dayandırmağa məcbur olmasına münasibət bildirib və çıxış yollarını göstərib:

““Azadlıq” qəzetinin baglanması məsələsi yeni deyil.Bu qəzetin həqiqi müxalifətçilik mövqeyində olması, çətinliklərə fədakarlıqla sinə gərməsi iqtidar mənsublarını həmişə qıcıqlandırıb və zaman-zaman hakimiyyət bu qəzetin üstünə gəlib.Qəzetin satışının məhdudlaşdırılması, qəzet əməkdaşlarının təzyiqə məruz qalması və “Qasid” firmasının onlara olan külli miqdarda borcunun ödənilməməsi qəzetin qapadılması üçün hakimiyyətin yaratdıgı maneələrdir.Bu şəratdə düşünürəm ki, “Azadlıq” qəzetə yenə də əvvəllərdə oldugu kimi abunəçilərə, “Azadlıq” sevərlərə, həqiqi müxalifətçilik yolunda olan şəxslərə müraciət etməlidir. Güman edirəm ki,sadaladığım bu insanlar “Azadlıq” qəzetinin kollektivini darda qoymazlar.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin