Arif Paşayev “İstiqlal” ordeni ilə təltif edildi

Hazırda oxunan: Arif Paşayev “İstiqlal” ordeni ilə təltif edildi

41711
Akademik Arif Paşayev “İstiqlal” ordeni ilə təltif edilib. Moderator.az-ın  AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınır:

"Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev “İstiqlal” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Xatırladaq ki, Arif Paşayev 2004-cü il fevralın 15-də daha bir yüksək mükafata - "Şöhrət ordeni"nə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin